Aprelin 18-də Azərbaycanda COVID-19 əleyhinə 170 doza vaksin vurulub
Səhiyyə

Aprelin 18-də Azərbaycanda COVID-19 əleyhinə 170 doza vaksin vurulub

Aprelin 18- Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 170 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 110, ikinci doza vaksinlərin sayı 24, üç daha çox doza vaksinlərin sayı 34, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 2-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 958 min 634, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 409 min 587, ikinci mərhələ üzrə 4 milyon 880 min 441, üç daha çox doza vaksinlərin sayı 3 milyon 402 min 535, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 266 min 71-dir.    

 

Ötən gün COVID-19 infeksiyasına 62 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 62 yoluxma faktı qeydə alınıb, 55 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 830 min 918 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 820 min 216 nəfər müalicə olunaraq sağalıb, 10 min 217 nəfər vəfat edib. Aktiv xəstə sayı 485 nəfərdir. Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1321, indiyə qədər isə ümumilikdə 7 milyon 578 min 265 test icra olunub.