AMFA sədri: Son 5 ildə BOKT-ların cəmi aktivləri 682 milyon manata çatıb
İqtisadiyyat

AMFA sədri: Son 5 ildə BOKT-ların cəmi aktivləri 682 milyon manata çatıb

Son 5 ildə BOKT-ların cəmi aktivləri 2023-cü il üçüncü rübündə 2 dəfə artaraq 682 milyon manata çatıb. 

"Respublika" xəbər verir ki, bu barədə Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA )Müşahidə Şurasının sədri Cəlal Əliyev “Azərbaycan Maliyyə Forumu: Nailiyyətlər və Çağırışlar” forumunda deyib. 

Onun sözlərinə görə, bu aktivlərin 80 faizi müştərilərə verilmiş kreditlərdir. 

“Ötən il sentyabrın 30-na müştərilərə verilmiş kreditlər yarım milyard manatı keçib. Bu göstərici 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur. BOKT-ların vergi ödənişi də artıb”, - deyə Cəlal Əliyev əlavə edib.