Almaniyada  “Heydər Əliyev İli” çərçivəsində görüş keçirilib
Diaspora

Almaniyada  “Heydər Əliyev İli” çərçivəsində görüş keçirilib

Almaniyanın Hamburq şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Azərbaycan icması ilə görüş keçirilib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatında bildirilir.

Görüşdə Hamburq əyalət parlamentinin millət vəkilləri Əli Rza Şimşək və Güngör Yılmaz, Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşı Ülvi Nağıyev, media mənsubları, Azərbaycan, türk, Güney Azərbaycan və digər icmaların nümayəndələri iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçənlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan tədbirdə ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Qaliblər əbədi yaşayır” sənədli filmi nümayiş olunub.

Tədbirdə Alman-Azərbaycan Dostluq Körpüsünün sədri Xəlil Xəlilov, təşkilatın nəzarət-təftiş komissiyasının rəhbəri Rasim Tağıyev və başqaları çıxış ediblər. Onlar Hamburqdakı diasporumuzun mövcud vəziyyəti, indiyədək görülmüş işlər barədə məlumat veriblər.