“Almaniya üçün Alternativ” partiyası Avropa Parlamentinə seçkilərdə ikinci yeri tutub
Dünya xəbərləri

“Almaniya üçün Alternativ” partiyası Avropa Parlamentinə seçkilərdə ikinci yeri tutub

Almaniyada Avropa Parlamentinə keçirilən seçkilərdə sağçı “Almaniya üçün Alternativ” partiyası (AfD) 15,9 faiz səs toplayaraq ikinci yeri tutub.

“Respublika” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Seçki komissiyasının federal respublikanın bütün 400 seçki dairəsində səsvermə bülletenlərinin işlənməsindən sonra verdiyi məlumata görə, hakim hakim koalisiyaya daxil olan partiyalar (Almaniya Sosial Demokrat Partiyası, Yaşıllar və Azad Demokrat Partiyası, liberallar) ciddi şəkildə səs itkilərinə məruz qalıb və birlikdə səslərin üçdə birindən azını toplayıblar.

AfD üçün bu, partiyanın tarixində (2013-cü ildə yaradılıb) federal səviyyədə ən yaxşı nəticədir.