Norveçdə güclü yağışlar nəticəsində dəmir yolu körpüsü çöküb
Dünya xəbərləri

Norveçdə güclü yağışlar nəticəsində dəmir yolu körpüsü çöküb

Norveçdə Laagen çayı üzərindəki dəmir yolu körpüsü güclü yağışlar nəticəsində uçub.

"Respublika" "CNN"ə istinadən xəbər verir ki, körpünün uçma təhlükəsi olduğuna görə 1 həftə əvvəldən yol bağlanıb.

Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Töhfə SƏMƏDOVA,

"Respublika".