Avropa Məhkəməsi vergi mübahisəsində “Amazon”u müdafiə edib
Dünya xəbərləri

Avropa Məhkəməsi vergi mübahisəsində “Amazon”u müdafiə edib

Avropa Məhkəməsi Avropa Komissiyasının vergi ödənişlərinin məbləğini aşağı göstərməkdə ittiham etdiyi “Amazon.com Inc” kompaniyasının tərəfini tutub.

"Respublika" xəbər verir ki, məhkəmənin gəldiyi qənaətə görə, Avropa Komissiyası “Amazon” kompaniyasının Lüksemburqda vergiyə cəlb edilməsinə yanaşmanın ittifaq daxili bazarının tələblərinə uyğun olmayan dövlət dəstəyini aşkarlamayıb.

Qeyd edək ki, hələ 2021-ci ildə Avropa Ümumi Ədliyyə Məhkəməsi “Amazon”un Lüksemburqa 250 milyon avro vergi ödəməli olduğu barədə Avropa Komissiyasının 2017-ci il qərarını ləğv edib. Məhkəmə Avropa tənzimləyicisinin kompaniyanın Lüksemburqdan qeyri-qanuni dəstək almasına dair sübut təqdim etmədiyini əsas gətirib. Dekabrın 14-də Avropa Məhkəməsi bu qərarı təsdiqləyib.

Proses “Amazon” tərəfindən Avropada istifadə olunan vergi strukturuna aiddir. Avropa Komissiyasının fikrincə, kompaniya vergi tutulan gəlirin həcmini azaltmaq üçün qonorar məbləğini şişirdib. Tənzimləyicinin sözlərinə görə, buna 2003-cü ildə Lüksemburqun hakimiyyət orqanları ilə imzalanan və 2011-ci ildə uzadılan vergi sazişi imkan yaradıb. Avropa Komissiyası kompaniyadan yayındığı vergilərə görə Lüksemburqa 250 milyon avro ödəməsini və səkkiz il ərzində faizləri kompensasiya etməsini istəyib.