İran səfiri Abdullahiyanın Azərbaycana səfərini şərh edib
Dünya xəbərləri

İran səfiri Abdullahiyanın Azərbaycana səfərini şərh edib

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Bakıya səfərini şərh edib. 

“Respublika” xəbər verir ki, bu barədə səfir şəxsi tvitter hesabında paylaşım edib. 

“İranın xarici işlər nazirinin Azərbaycan Respublikasına iki günlük səfəri zamanı ikitərəfli və çoxtərəfli diplomatik əlaqələrin yürüdülməsi ilə yanaşı, regional və beynəlxalq təşkilatların imkanlarından istifadə edilməsi, səmərəli, məhsuldar görüş və razılaşmaların reallaşdırılması İranın xarici siyasət idarəsinin fəal, dinamik və balanslı diplomatiyasının nümunəsidir” – deyə, səfir paylaşımında bildirib.

Xatırladaq ki, İranın XİN rəhbərinin ölkəmizə səfəri bu il iyulun 5-də baş tutub.

Nəzrin ELDARQIZI,

“Respublika”.