Alimlər Saharanın yaşıllıqdan səhraya necə çevrildiyini izah etdilər
Maraqlı

Alimlər Saharanın yaşıllıqdan səhraya necə çevrildiyini izah etdilər

Alimlər əvvəllər tropik yaşıl savanna olan Sahara səhrasının necə səhraya çevrildiyini izah ediblər.

"Respublika" xəbər verir ki, Finlandiyanın Helsinki Universitetindən Edvard Armstronqun rəhbərlik etdiyi komanda yeni iqlim modeli hazırlayıb və dünyanın ən böyük isti səhrası olan Saharanın transformasiyasını araşdırıb.

Araşdırmada Afrikanın şimalında yerləşən Sahara səhrasının 8 milyon il ərzində hər 21 min ildən bir yaşıl və bataqlığa çevrildiyi xatırladılıb və yeni modelin bunu təsdiqlədiyi bildirilib.

Alimlərin modelinə görə, Saxara səhrasının Günəş ətrafında fırlanarkən Yerin “yırğalanması” (presessiya) nəticəsində bu transformasiyaya məruz qalıb. Bu hərəkət nəticəsində yay aylarında Şimal yarımkürəsi Günəşə daha yaxın olur.