Ali Radanın deputatı: Silahlı münaqişələri işıqlandıran jurnalistlərin həlak olması böyük faciədir
Digər xəbərlər

Ali Radanın deputatı: Silahlı münaqişələri işıqlandıran jurnalistlərin həlak olması böyük faciədir

Silahlı münaqişələri işıqlandıran jurnalistlərin həlak olması böyük faciədir. Həlak olanların doğmalarına Azərbaycan dövlətinə başsağlığı verirəm.

Ukraynalı siyasi analitik, Ukrayna Ali Radasının deputatı Nelli Yakovleva bu sözləri AZƏRTAC-a müsahibəsində söyləyib.

Nelli Yakovleva belə hesab edir ki, münaqişənin nizamlanmasının sülhün bərqərar olmasının yeganə mümkün mexanizmi beynəlxalq hüquq normalarına, o cümlədən Cenevrə Konvensiyalarının müddəalarına riayət etməkdir. Tərəflər bunu qədər tez anlasalar fəal tədbirlərə qədər tez başlasalar, bir o qədər tezliklə davamlı sülh yaranar.

Ukrayna Ali Radasının deputatı daha sonra deyib: “Ukrayna artıq yeddi ildir ki, beynəlxalq silahlı münaqişə vəziyyətindədir. Biz mülki vətəndaşları itirmək ağrısının demək olduğunu hamıdan yaxşı başa düşürük dərdinizə şərikik. Ərazilərin minalardan təmizlənməsi, təəssüf ki, uzunmüddətli baha başa gələn prosesdir. Dünya təcrübəsi göstərir ki, çox vaxt bir il müharibədən sonra ərazilərin minalardan təmizlənməsinə 3 il vaxt lazım gəlir”.

Xatırladaq ki, iyunun 4- səhər saat 11 radələrində içərisində Azərbaycan televiziya kanallarının informasiya agentliklərinin öz xidməti vəzifələrini yerinə yetirmək üçün işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş əməkdaşları olanKamAZmarkalı sərnişin avtomobili Kəlbəcər rayonunun Susuzluq kəndi istiqamətində hərəkət zamanı tank əleyhinə minaya düşüb partlayıb. Partlayış nəticəsində 3 nəfər - AzTV telekanalının operatoru Sirac Abışov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, daha 4 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya düşüb.

AZƏRTAC