Aİ Belarus vətəndaşları və şirkətlərinə qarşı sanksiya tətbiq etdi
Dünya xəbərləri

Aİ Belarus vətəndaşları və şirkətlərinə qarşı sanksiya tətbiq etdi

Avropa İttifaqı (Aİ) Ukraynadakı münaqişəyə görə, Belarusun 38 vətəndaşı və üç şirkətinə sanksiya tətbiq edib.

"Respublika" xəbər verir ki, bu barədə Aİ-nin rəsmi jurnalında məlumat dərc olunub.

“Belarusdakı vəziyyətin ciddiliyini və Rusiyanın Ukraynaya təcavüzündə iştirakını nəzərə alaraq, siyahıya 38 fiziki və üç hüquqi şəxs daxil edilməlidir”, - deyə məlumatda bildirilir.

Qara siyahıya Belarus hakimləri, müstəntiqləri, jurnalistlər, təhlükəsizlik işçiləri daxil edilib. Bundan əlavə, V.İ.Kozlov adına Minsk Elektrotexnika Zavodu, BMZ (BMK holdinqinin idarəedici şirkəti), habelə Belarus Dövlət Neft və Kimya Konserni də sanksiyalara məruz qalıb.

Qara siyahıya düşən bütün şəxslərin Aİ-yə girişi qadağan edilib. Həmçinin, onların aktivləri aşkar edilərsə, dondurulacaq.

Nəzrin ELDARQIZI,

"Respublika".