Ağrımız da, kədərimiz də birdir
Digər xəbərlər

Ağrımız da, kədərimiz də birdir

Qardaş Türkiyə əsrin ən böyük fəlakəti ilə üzləşib, 10 vilayətdə ard-arda 7.7 7.6 bal gücündə zəlzələ baş verib, çoxmərtəbəli binalar dağılıb, onlarla kəndə ziyan dəyib, infrastruktur bərbad vəziyyətə düşüb, 13.5 milyon əhali ev-eşiyindən məhrum olub. Zəlzələ nəticəsində ölənlərin yaralıların sayı durmadan artır, dünyanın dörd bir tərəfindən köməyə gəlmiş xilasedicilər insanları xilas etmək üçün zamanla döyüşürlər. Dağıntılar altından arama-qurtarma işləri dayanmadan davam etdirilir.

Təbii fəlakətin nəticələri çox ağırdır, yaralar çox dərinə işləyib, lakin zəlzələdən zərərçəkənlər, doğmalarını, əzizlərini itirənlər möhkəm iradədözümmətinlik birlik nümayiş etdirirlər. Zəlzələ nəticəsində həlak olanların sayının artması bütün Azərbaycanı kədərə bürüyüb, darda qalan bacı-qardaşlarına kömək etmək üçün uşaqlı-böyüklü hamı ayağa qalxıb, kimin gücü nəyə çatırsa onu etməyəTürk xalqının yarasına məlhəm qoymağa çalışır. Təbii fəlakətin ilk saatlarından başlayaraq Prezident İlham Əliyevin göstərişi ilə qardaş ölkəyə xilasedicilər, zəruri avadanlıqlar, ərzaq bağlamaları, səhra hospitalları, tibb heyətləri göndərilib. Xeyirxah nəcib layihələri ilə dünyada tanınan Heydər Əliyev Fondunun təşəbbüsü ilə qardaş Türkiyəyə çox vacib əhəmiyyətli yardım kampaniyaları həyata keçirilir. Digər ictimai təşkilatlarşirkətləridarə müəssisələrsahibkarlardemək olar kibütün insanlar bu təşəbbüsə qoşulublar çox böyük fədakarlıq nümayiş etdirirlərBakıdaeləcə rayonlarda insanlar can qan qardaşlarına yardım etmək üçün səfərbər olublar. Azərbaycanın bütün rayonları yardım kampaniyasına qoşulub, hətta azyaşlı uşaqlar, məktəblilər bu təşəbbüsdən kənarda qalmırlar. Prezident İlham Əliyev Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olarkən xalqımızın bu həmrəyliyiniməhəbbətini yüksək qiymətləndirərək bildirib ki, biz bütün dünyaya bir daha nümayiş etdirdik kitəkcə dövlətlərarası səviyyədə deyildövlət başçıları səviyyəsində deyilinsanlar səviyyəsində əsl qardaşlıq əlaqələri mövcuddur bu da təbiidir.

Müharibə ağrıları yaşamış füzulililər qardaş Türkiyədə zəlzələdən zərərçəkmiş insanlara yardım edilməsi məqsədilə ilk günlərdən könüllü aksiyaları davam etdirirlərRayon sakinlərikönüllülər yorğandöşəkisti geyimlərgigiyenik vasitələruşaq bezləriquru ərzaq məhsulları digər zəruri vasitələrdən ibarət yardımlar toplayırlarArtıq füzulililərin ilk qardaşlıq yardımı Türkiyəyə yola salınıbYardım etməyə tələsən insanlar zəlzələdə həyatını itirən bacı qardaşlarımıza rəhmətyaralılara şəfaqardaş Türkiyə xalqına səbir dözüm arzulayırlarHüznlə dərin kədər hissilə deyirlər ki, qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ səbəbindən çoxsaylı insan tələfatıyaralıların olmasıdağıntıların baş verməsi bütün xalqımız kimi, füzulililəri kədərləndirib sarsıdıbHər zaman sevincimizə sevinib, kədərimizə kədərlənən, dar gündə köməyini bizdən əsirgəməyəndilimizdinimiz, kökümüz bir olan bacı qardaşlarımızın çətin anlarında yanlarında olmaqbirlikhəmrəylik nümayiş etdirmək hər birimizin mənəvi borcudurFevralın 11- Füzuli rayon sakinləri zəlzələdən zərərçəkənlərə generatorqızdırıcıyorğan-döşəkadyalgödəkcəqış geyimiçarpayıfənər konservləşdirilmiş qida məhsulları göndəriblər.

Qardaş Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə humanitar yardım kampaniyasına ölkəmizin digər bölgələri kimiAğdam rayonu da qoşulub. Rayon sakinləri zəlzələdən zərərçəkmiş insanlara yardım etmək üçün Quzanlı qəsəbəsindəki Olimpiya İdman Kompleksində təşkil edilən yardım toplanma məntəqəsinə gəlirtürk qardaşlarımıza dəstəklərini nümayiş etdirirlərYardımlar əsasən yataq dəstləriyorğan-döşəkisti geyimlər digər zəruri əşyalardan ibarətdir. Son iki gün ərzində humanitar yardımlar yüklənmiş 2 TIR Türkiyəyə yola salınıb. Ağdamlıların qocası dauşağı daqadınları gəncləri hər zaman Türkiyənin yanında olduğunu sözlə deyil, əməllə göstərirlər. Toplanış məntəqəsinə gətirdiyi yardımı təhvil verən rayon sakini Xaqani Quliyev deyir ki, 1992-1993- illərdə erməni təcavüzü nəticəsində ev-eşiyindən didərgin düşən Ağdam camaatının ən ağır günlərində türk qardaşlarımız bizi tək qoymadılar, çadır düşərgələri qurdular, əhalimizə arxa, kömək, dayaq durdular. O çətin günləri heç birimiz unutmamışıq. Ağrımız da, kədərimiz bir candadır, hər gün etdiyimiz dualar zəlzələdən zərərçəkənlər üçündür. Yaman günün ömrü az olar, inanıram ki, qardaşlarımız yaralarını saracaqlar, dağıntılar aradan qaldırılacaq, o bölgələrdə yeni bir həyat başlayacaq.

Salman ALIOĞLU,

"Respublika".