“Aclıq
Digər xəbərlər

“Aclıq" və “blokada" şousu tarixə qovuşdu, reinteqrasiya prosesi isə hələ də ləngidilir

Sentyabrın 18-də separatçı rejimin təmasları nəticəsində həm Ağdam, həm də Laçın istiqamətindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin yük maşınları Xankəndiyə humanitar yardım aparıb. "Separatçı rejimin təmasları nəticəsində" dedikdə nəzərdə tutulan odur ki, münaqişənin ilk günündən rəsmi Bakı Xankəndidə yaşayan erməni əsilli şəxslərə humanitar yük və reinteqrasiya ilə bağlı təkliflər ünvanlayıb. Əvəzində isə daim riyakar şoular və xain planlar quran xunta bu təkliflərdən imtina edirdi. Nəhayət, ermənilər öz "andlarına" sadiq qala bilmədilər. İlk gündən "canları və qanları bahasına" Ağdam-Xankəndi yolunun açılmasına icazə verməyəcəyini bildirən marionet rejim Əsgəran istiqamətində yola beton plitələr düzmüşdü. Lakin sonda o plitələri öz əlləri ilə söküb yolu açmağa məcbur oldular. Bununla da "humanitar yardım" və "blokada" şouları birdəfəlik tarixə qarışdı...

Ermənistanın sülhü əngəlləmək prosesləri günümüzdə də davam edir. Qalib dövlətin qarşı tərəfə sülh və danışıq təklifləri hər dəfə müxtəlif bəhanələrlə yubadılır.

Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bildirməsinə baxmayaraq, XİN nümayəndəsinin sülhə nail olmaq üçün 1975-ci ilin sərhədlərinə qayıtmaq istəyi sərsəmləşmiş rejimin vahid halda çıxış edə bilmədiyindən, pərakəndəlik sistemi ilə məsələnin həlli yollarını məhdudlaşdırmaq cəhdlərinin təzahürüdür. 1975-ci ilin xəritələrinə nəzər salsaq görərik ki, guya Ermənistanın otlaq ərazilərinin olmaması səbəbindən Qazax və Gədəbəy ərazilərinin bir hissəsi və Ceyrançöl ərazisinin qarşı tərəfə zorla verilməsi faktları mövcuddur. Azərbaycan isə qəti olaraq bu ərazilərin delimitasiya və demarkasiyası haqqında düşünmür. Həmçinin Xankəndi də ölkəmizin daxili məsələsidir və "güzəşt" haqqında heç bir təklifdən söhbət gedə bilməz. Lakin Xankəndidə yaşayan erməni əsilli şəxslər hələ də məsələnin fərqində deyillər. "Başda oturanlar"ın şirnikləndirməsindən təsirlənən haylar Azərbaycana qarşı birtərəfli mövqe göstərmir.

Hər iki yol vasitəsilə Azərbaycan tərəfinin təşəbbüsü ilə BQXK-nın Xankəndidə yaşayan əhaliyə humanitar yardımlar göndərməsinə baxmayaraq, Prezidentin köməkçisi Hikmət Hacıyevin də qeyd etdiyi kimi, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi humanitar yardımın keçidinə hələ də maneələr törədilməsi rasizm və diskriminasiyanın göstəricisidir. Yəni guya "acından ölən insanlar" başlığı ilə tirajlanan xəbərlərdə humanitar yardım ayrı-seçkiliyi ilə bağlı məsələyə nədənsə toxunulmur. Bu halda həmin orqanların şəffaflıq və keyfiyyət parametlərinin bir daha diqqət göstərilməsinə və "xəbər xatirinə xəbər" siyasətinin ləğvinə ehtiyac var.

Erməni əsilli şəxslərin artıq reinteqrasiyanın bu qədər yaxın olduğu dövrdə hələ də bundan imtina etməsi bəzi səbəblərə yozulur. İlk olaraq onu qeyd etmək lazımdır ki, həmin şəxslər onlara yalan vədlər verən "başda oturan"lara hələ də inanırlar. Qarabağ tarixən Azərbaycan torpaqları olub və 2020-ci ildə bu tarixi ədalət bərpa edildi. Xankəndi də daxil olmaqla digər ərazilərə ötən iki əsr ərzində "təşrif buyuran" haylar bu ərazilərə zorla gəldiklərini etiraf etmək istəmirlər. Mənşəyi bəlli olmayan bu toplum sadəcə hiyləgərliklə özlərinə yer tapa bilib. Erməniləri bu gün reinteqrasiya prosesinə dəstək verməməsi iyrənc rasizmin təbliğidir.

Digər bir məsələ isə ondan ibarətdir ki, "xəbər xatirinə xəbər" siyasəti aparan nəşrlər guya ki, Azərbaycanın Xankəndidə yaşayan şəxsləri "ac saxlamaqla" "təslim etmək" istəklərini bildirirdilər. Bu anlayış da tamamilə yalan oldu. İlk gündən Azərbaycanın bu bölgəyə humanitar yardım cəhdlərinə ötən gün baş verənlər bir daha təkan oldu. Belə ki, BQXK-nın Xankəndiyə göndərdiyi maşınlarda Azərbaycan istehsalı məhsulların mövcudluğu bir daha onu göstərdi ki, ölkəmiz məsələnin sülh yolu ilə həllinə ümid edir və bütün məqsədlərini bu yöndə cəmləyib. Laçın nəzarət-buraxılış məntəqəsi də məhz Xankəndidə yaşayan sakinlərin sərbəst keçidinə hesablanıb. Həmin nəşrlər bu məsələdə daha şəffaf, neytral mövqe göstərməlidirlər. Belə ki, erməni bloger Natali Aleksanyan ötən gün şəxsi hesabında bildirib ki, Qarabağdan Ermənistana keçmək üçün separatçılar 4 min dollar tələb edirlər. Həmçinin çıxılmaz vəziyyətə düşən insanlardan külli miqdarda pul qoparmaq üçün çıxışı bağlayan Qarabağ "avtoritetləri" Azərbaycanın gediş-gəlişə mane olduqlarını deyirlər. Xankəndidə yaşayan erməni sakinlərinin bu həqiqətləri görüb reinteqrasiya prosesini nə vaxt razılaşacaqları isə hələ bəlli deyil. Lakin Azərbaycanın hələ də səbir göstərməsi, xunta rejiminə "güzəşt" kimi yozulmamalıdır. Ölkəmiz məsələnin sülh yolu ilə həllinə ümid edir, lakin adekvat tədbirlər də istisna deyil...

Tacir SADIQOV,

"Respublika".