ABŞ BMT TŞ-nın Qəzzadakı humanitar məsələlərlə bağlı dərhal atəşkəs tələb edən qətnaməsinə veto qoyub
Siyasət

ABŞ BMT TŞ-nın Qəzzadakı humanitar məsələlərlə bağlı dərhal atəşkəs tələb edən qətnaməsinə veto qoyub

Amerika Birləşmiş Ştatlar Qəzzada humanitar məsələlərlə bağlı dərhal atəşkəs tələb edən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) qətnaməsinə veto qoyub.

“Respublika” xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Bildirilib ki, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə də daxil olmaqla 80-dən çox ölkənin BMT TŞ-də müzakirəyə  çıxardığı qətnamə təsdiqlənsə də, ABŞ tərəfindən qanun layihəsinə veto qoyulub. Digər üzvlərdən İngiltərə bitərəf, digər 13 üzv isə lehinə səs verib.

Musa Bağırlı,

“Respublika”.