60 çiçəkdən qələbə çələngi
Sosial həyat

60 çiçəkdən qələbə çələngi

Dörd ilə yaxındır ki, qələbəmizlə bağlı keçirilən tədbirlərin ardı-arası kəsilmir. Bu günə qədər onlarla mahnı, şeir, qəhrəmanlıq hekayələri yazılıb, kitablar çap olunub. Aprelin 19-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında azərbaycanlı yazar qadınların "60 çiçək - bir çələng" adlı ədəbi almanaxın təqdimatı keçirildi. Geniş ictimaiyyətin və ziyalıların iştirakı ilə baş tutan tədbirdə əvvəlcə Vətən uğrunda öz canından, qanından keçmiş igid Azərbaycan şəhidlərinin ruhu yad edilib. 

Tədbirdə bildirilib ki, "60 çiçək - bir çələng" adlı ədəbi almanaxa 60 xanım yazarın hekayəsi, şeiri, essesi, mənsur şeiri, qəzəli, poemadan parçası, nağılı daxil edilib. Almanax doğma Qarabağımıza, işğaldan azad edilmiş torpaqlarımıza və ən əsası da Böyük Zəfərimizə həsr olunan ədəbi töhfədir.

Qeyd edək ki, "Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti" İctimai Birliyi və Yasamal Rayon Markəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası ilə birgə hazırlanan yazar qadınların əsərlərindən ibarət kitab Zəfər almanaxıdır. Almanaxın ideya və ön sözünün müəllifi yazıçı, publisist, "Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti" İctimai Birliyinin sədri Nüşabə Məmmədli, tərtibatçı və redaktoru, tarix üzrə fəlsəfə doktoru, Yasamal Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədovadır.

Töhfə SƏMƏDOVA,

"Respublika".