Onlar bizim gələcəyimizdir
Sosial həyat

Onlar bizim gələcəyimizdir

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir bu da təsadüfi deyil. Müasir dövrdə uşaqların problemlərinin həlli, onların hüquqlarının qorunması ən aktual məsələlərdən biridir. Bu bayramın tarixi 1925-ci ildə müxtəlif ölkələrin nümayəndələrinin İsveçrənin Cenevrə şəhərində "Uşaqların rifahı üçün Ümumdünya Konfransı"nın çağırıldığı günə gedib çıxır. Konfransdan sonra dünyanın bəzi ölkələrində uşaqların problemlərini işıqlandırmaq üçün bir günü Uşaqlar Günü kimi qeyd etməyə başladılar. Tövsiyə olunan konkret tarix olmadığından, ölkələr öz mədəniyyətlərinə ən uyğun gələn tarixdən istifadə edirdilər.

Beləliklə, 1950-ci il iyunun 1- Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən Qadınların Beynəlxalq Konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb, BMT- uşaq hüquqlarına dair konvensiya qəbul edilib. Azərbaycan da müstəqilliyini bərpa etdikdən sonra bu konvensiyaya qoşulub. Dövlətimiz 1992-ci ildə BMT-nin "Uşaq Hüquqları haqqında" Konvensiyasına, 2002-ci ildə Konvensiyanın iki əlavə protokoluna qoşulub. 1999-cu ildə ölkəmizdə BMT-nin "Uşaq Hüquqları haqqında" Konvensiyasının müddəalarını özündə əks etdirən "Uşaq Hüquqları haqqında" Qanun qəbul edilib. Bu illər ərzində mütəmadi olaraq milli qanunvericilik normativ-hüquqi aktlar təkmilləşdirilib. Uşaq hüquqlarının müdafiəsi, uşaqların normal formalaşmasına, sağlam böyüməsinə yönələn bir çox Dövlət proqramları qəbul edilib onların həyata keçirilməsi məqsədilə tədbirlər planı müəyyənləşdirilib. Uşaqların əlverişli mənəvi sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, yüksək qayğı ilə əhatə olunması, onların şəxsiyyət kimi formalaşması ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Məhz onun hakimiyyəti illərində uşaqlarla bağlı problemlərin həllini özündə əks etdirən qanunlar, Dövlət Proqramları tədbirlər planı qəbul edilib. Ulu öndərin təşəbbüsü ilə mühüm beynəlxalq konvensiya protokollar ratifikasiya edilərək qüvvəyə minib. Hər bir dövlət proqramı uşaqların hüquq maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, tənzimlənməsi həyata keçirilməsi, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması sahəsində milli konsepsiyanı inkişaf etdirməyə yönəlib. Ulu Öndər dəfələrlə vurğulayıb ki, müstəqil dövlətimizdə uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetkinləşməsi olduqca mühüm əhəmiyyət kəsb edir.

Bu gün ümummilli liderin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uşaq dövlət siyasəti ilə bağlı silsilə fərman sərəncamlar imzalayıb. Təsadüfi deyildir ki, ölkə başçısı İlham Əliyev 2009-cu ili "Uşaq İli" elan etmişdi. Eyni zamanda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət qayğı ilə yanaşır. Ölkəmiz uşaq hüquqlarının təmin olunması, onların istedadının üzə çıxarılması istiqamətində silsilə tədbirlərin keçirilməsinə təkan verir. Məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə qaçqın məcburi köçkün ailələrindən olan, eləcə imkansız uşaqlara xüsusi diqqət ayrılır. Əlilliyi olan uşaqların cəmiyyətə qaytarılması inteqrasiya olunması istiqamətində tədbirlər həyata keçirilir.

Dövlət başçısı İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əliyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına Azərbaycan körpələrinin taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Uşaqlar bizim gələcəyimizdir. Onların vətənpərvər ruhda, sağlam böyüməsi istiqamətində aparılan işlər hər zaman diqqət mərkəzində olub olacaq.

Nuranə DAXİLQIZI,

"Respublika".