32-ci gün. RETROSPEKTİV
Siyasət

32-ci gün. RETROSPEKTİV

Ötən hər gün, ay və il ölkəmizlə bağlı mühüm əhəmiyyətə malik, maraqlı, tarixi və taleyüklü hadisələrlə yadda qalır. Təbii ki, qəzetimizin saylarında həmin hadisələr barədə operativ yazılar, xəbərlər, rəylər verilir. "Respublika"nın yeni - "32-ci gün" rubrikası özlüyündə məram və məqsədlərimizi açıq ifadə edir. Belə ki, 32-ci gün ötən ay ərzində istər ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, istərsə də onun hüdudlarından kənarda baş verən Azərbaycanla bağlı ən önəmli 3 hadisəni qısa şərh formasında, lakonik tərzdə, digər mühüm hadisələri isə xronoloji qaydada oxucularımıza təqdim edirik.

1 oktyabr

  • Azərbaycan, Türkiyə və Gürcüstan parlament sədrləri arasında üçtərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.

2 oktyabr

  • Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi keçirilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
  • Ölkə başçımız Anqlikan Kilsəsinin dini rəhbərini qəbul edib.
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ICESCO-nun Baş direktoru ilə görüşüblər.
  • Qarabağa səfər edən BMT missiyası yekun bəyanat yayıb.

3 oktyabr

  • Prezident İlham Əliyev Alman Birliyi Günü münasibətilə Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə təbrik məktubu ünvanlayıb.
  • Ermənistan parlamenti Roma statutunu ratifikasiya edib.

4 oktyabr

  • Azərbaycan Qranada şəhərində planlaşdırılan beştərəfli görüşdən imtina edib.
  • Xarici İşlər Nazirliyi Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonnanın Ermənistanda mətbuat konfransı zamanı səsləndirdiyi iddiaları rədd edib.

5 oktyabr

  • Azərbaycan Prezidenti İlham Əliyev İordaniyanın və Səudiyyə Ərəbistanının ölkəmizdə yeni təyin olunmuş səfirlərinin etimadnaməsini qəbul edib.
  • Arayik Harutyunyan cinayət məsuliyyətinə cəlb edilib.
  • Separatçı "liderlər" cinayət əməllərinə görə cavab verir
  • Artıq separatçı rejimin ünsürləri bir-bir tutularaq Bakıya gətirilir. Hansı ki, bu şəxslər uzun illərdir Azərbaycanın mərkəzi hakimiyyətinə tabe olmayan, "dövlət" yaratmaq eşqilə yaşayanlar olub. Gəncə terrorunun təşkilatçısı və bunun əmrini verən Arayik Harutyunyanın da oktyabrın 5-i ədalətimizdən nəsibini alması olduqca əlamətdardır. Xüsusilə, Gəncə terrorunun ildönümündə separatçı cəlladın tutulması sevindirici oldu.  Lakin Azərbaycan bu məsələdə də hüquqi öhdəliklərini tam yerinə yetirir. Çünki Azərbaycan Respublikası cinayətin miqyasından asılı olmayaraq hər bir təqsirləndirilən şəxsi qanunvericiliyinə, beynəlxalq konvensiyaların tələblərinə və hüquqi etikaya uyğun mühakimə edir. Qeyd edək ki, keçmişdə və indi əli günahsız insan qanına batmış hər kəs sonunda ədalətin sərt silləsini yeməlidir. Arayik kimi, Vaqif Xaçaturyan, Ruben Vardanyan, Bako Saakyan, Arkadi Qukasyan, Davit İşxanyan, David Babayan, Lyova Mnatsakanyan da bu sərt sillədən öz payını aldı. Bu aqibət hələ "isti yuva"da gizlənməyi bacaran, Azərbaycanın qəsdinə duran digər qatilləri də gözləyir.
  • Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının 2026-cı il üçün turizm paytaxtı seçilib.
  • Avropa Parlamenti Azərbaycana qarşı sanksiyalara çağıran qətnamə qəbul edib.

6 oktyabr

  • Prezident İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib.
  • Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktorunu qəbul edib.
  • Zəngilanda Azərbaycanla İran arasında avtomobil körpüsünün təməlqoyma mərasimi keçirilib.

7 oktyabr

  • Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb.
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.
  • Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

8 oktyabr

  • Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstana işgüzar səfərə gəlib.

9 oktyabr

  • BMT missiyasının Qarabağa növbəti səfəri baş tutub.

10 oktyabr

  • Prezident İlham Əliyev Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına məktub ünvanlayıb.
  • Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibini qəbul edib.
  • Füzulinin daha 88 sakini doğma yurduna yola salınıb.

11 oktyabr

  • Prezident İlham Əliyev "Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında" Sərəncam imzalayıb.
  • Prezident İlham Əliyev MDB-yə üzv dövlətlər
  • in təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçılarını qəbul edib.

12 oktyabr

  • Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana səfərə gəlib.
  • Azərbaycan MDB ölkələri ilə əməkdaşlığı genişləndirir
  • Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 12-də Qırğız Respublikasına səfər edib. Səfər çərçivəsində ölkə başçımız Bişkekdə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə də görüşüb. Görüşdə Azərbaycan və Rusiya arasındakı iqtisadi-ticari əlaqələrin inkişafı, həmçinin ticarət dövriyyəsinin artması kimi məsələlər müzakirə edilib. Eyni zamanda regionlararası əməkdaşlıq məsələsinə toxunularaq, respublikamızın Rusiyanın 70 regionu ilə uğurlu əməkdaşlıq münasibətləri diqqətə çatdırılıb. Söhbət zamanı, həmçinin Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafı, eləcə də onun potensialının genişləndirilməsi də qeyd olunub. Rusiya ilə bu cür müzakirələrin aparılması Azərbaycanın bir daha MDB ölkələri ilə sıx əməkdaşlığından xəbər verir.
  • Oktyabrın 13-də isə Prezident İlham Əliyev Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında iştirak edib. İclas çərçivəsində bir sıra mühüm məsələlər müzakirə olunub. Dövlət başçısının çıxışı zamanı söylədiyi fikirlər Azərbaycanın MDB məkanındakı nüfuzunu bir daha təsdiqləyir: "Keçən il Azərbaycan ilə MDB ölkələri arasında əmtəə dövriyyəsinin həcmi təxminən 30 faiz artıb. Bu il artım 20 faizdən də çoxdur. Azərbaycan MDB-nin bir çox ölkələri üçün tranzit-nəqliyyat sahəsində etibarlı tərəfdaşdır. MDB-nin bir çox üzv ölkələri Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə Azərbaycanın tranzit imkanlarından fəal istifadə edirlər. Bu iki nəqliyyat dəhlizinin ötürmə qabiliyyətinin genişləndirilməsi üzrə həyata keçirilən və perspektiv layihələr ölkələrimizin nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsi işinə və əmtəə dövriyyəsinin artırılmasına xidmət edəcək".
  • Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə görüşü olub.
  • Daha 21 ailə Füzuliyə yola salınıb.
  • m 13 oktyabr
  • Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclası keçirilib.
  • BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində Azərbaycanın müəllifliyi ilə qətnamə qəbul edilib.
  • TÜRKSOY Daimi Şurasının 40-cı iclası Şuşada keçirilib.

14 oktyabr

  • Azərbaycan Prezidenti İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarı qəbul edib.
  • İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi münasibətilə Bakıda "Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili" mövzusunda konfrans keçirilib.

15 oktyabr

  • İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 20 il ötür.
  • Prezident İlham Əliyev Xankəndi, Ağdərə, Xocalı, Xocavənd şəhərində, Əsgəran qəsəbəsində və Sərsəng Su Anbarının ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
  • Üçrəngli bayrağımız əbədi dalğalanacaq
  • 15 oktyabr 2023-cü il. Bu tarixi yaddaşınızda möhkəm saxlayın: "Bu qələbə bizim tariximizdə əbədi qalacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər". Qarabağdan, onun ürəyi olan Xankəndidən o gün səslənən bu fikirlər təkcə gələcək nəsillər üçün deyil, elə bizim hər birimiz üçün tövsiyə, nəsihətdir. 15 oktyabr bundan sonra bizim üçün ikiqat dəyərli olacaq. Çünki Azərbaycan xalqı düz 20 il əvvəl məhz bu tarixdə öz taleyini etibar etdiyi liderinin vədinə xilaf çıxmadığının bir daha şahidi oldu. O gün Xankəndidə, Əsgəranda, Xocavənddə, Xocalıda üçrəngli bayrağımızı öpüb gözləri üstə qoyan qalib sərkərdənin xalqı qarşısında əsl hesabat günü idi. 20 il əvvəl Ana Qanunumuza, Müqəddəs kitabımıza əl basaraq içdiyi andı şərəflə yerinə yetirmişdi.
  • Hər gün addım-addım irəli apardığı xalqına qürurla: "Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!", - deyirdi. O gün 30 ildən bəri qubar bağlayan ürəklərin yanğısına su çiləyir, ürəklərə batan tikanları çıxarırdı qalib sərkərdə. O gün torpaq uğrunda şəhid olanların, bu günü görmək arzusu ilə dünyadan köçənlərin ruhunu şad edirdi cənab Prezident.
  • Azərbaycan Prezidenti İlham Əliyev Şuşa rayonunun Malıbəyli kəndində və Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub.
  • Prezident İlham Əliyev Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışında iştirak edib.

16 oktyabr

  • Prezident İlham Əliyev Füzuli rayonunun Cuvarlı və Qoçəhmədli kəndinin, Füzuli şəhərində ikinci və üçüncü yaşayış kompleksinin və idman kompleksinin təməlini qoyub.

17 oktyabr

  • Prezident İlham Əliyev Füzuli Şəhəri Günündə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

20 oktyabr

  • Azərbaycan Prezidenti İlham Əliyev Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolunun açılışında iştirak edib.
  • Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin nümayəndəsini qəbul edib.
  • Bakıda "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" mövzusunda konfrans keçirilib.

21 oktyabr

  • Qərbi Azərbaycan İcması Çexiya parlamentinin qəbul etdiyi qərəzli qətnaməni və onun son vaxtlar bəzi dairələrin apardığı anti-Azərbaycan kampaniyasının alətinə çevrilməsini pisləyib.

23 oktyabr

  • Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirak edib, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yaradılan şəraitlə tanış olub və 2 saylı şəhər xəstəxanasının yeni binasının açılışını edib.
  • Cənubi Qafqazda ən böyük sənaye parkı
  • Dövlət başçısı oktyabrın 23-də Sumqayıt Kimya Sənayesi Parkında "Çinar-Servis" firmasının Texniki qazların istehsalı, "Kartaş Kimya" MMC-nin müxtəlif tikinti kimyəv məhsulların istehsalı müəssisəsinin təməlini qoyub. "Novus Plastica" MMC-nin Polimer qatqıları, "Universal Qablaşdırma Sənayesi" QSC-nin Qablaşdırma məhsulları, "Azərbaycan Vanhong Ceramics Co." MMC-nin Keramik plitələr istehsalı müəssisələrinin açılışında iştirak edib.
  • Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan Prezidentinin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə yaradılıb. Bu, Azərbaycanda yaradılmış ilk, Cənubi Qafqazda isə ən böyük sənaye parkıdır. Ərazisi 583,5 hektar olan sənaye parkında neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların istehsalı və emalı müəssisələri fəaliyyət göstərir. Sənaye Parkında fəaliyyət göstərən müəssisələrin sayı 23-ə çatır. Burada 6600-dən çox insan daimi işlə təmin olunub.
  • Qeyd edək ki, Azərbaycanın sənaye zonalarında 57 rezident qeydiyyatdan keçib və 3,959 milyard ABŞ dolları dəyərində investisiya qoyulub. İndiyədək sənaye zonaları üzrə ümumi investisiya həcmi 7,18 milyard manat olmaqla 131 sahibkarlıq subyektinə rezident statusu verilib və onlardan 68-i istehsala başlayıb. İqtisadi Zonaların İnkişafı Agentliyindən verilən məlumata görə, bütünlükdə bu rezidentlər tərəfindən 12 min daimi iş yeri açılıb.
  • Azərbaycanın xarici işlər naziri Tehranda "3+3" formatının nazirlər səviyyəsində keçirilən birinci görüşündə iştirak edib.
  • "Mustafa Kamal Atatürk-2023" Azərbaycan-Türkiyə birgə taktiki təlimi başlayıb.

24 oktyabr

  • Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin milli müdafiə nazirini qəbul edib.
  • Prezident İlham Əliyev İsveçrənin, Latviyanın Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnaməsini qəbul edib.

25 oktyabr

  • Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb.
  • Baş nazir Əli Əsədov Gürcüstana işgüzar səfərə gedib.
  • Lokal antiterror tədbirləri zamanı həyatını itirən şəhidlərimizin ailələrinə Prezident təqaüdü təyin edilib.

26 oktyabr

  • Prezident İlham Əliyev 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində iştirak edib.
  • Azərbaycan Hökuməti ilə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında sənədlər imzalanıb.

27 oktyabr

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana zəng edib.

28 oktyabr

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb.
  • Növbəti 127 nəfər Ağalıya yola salınıb.

29 oktyabr

  • Prezident İlham Əliyev Türkiyənin Cümhuriyyət Günü münasibətilə paylaşım edib.
  • Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Günü münasibətilə paylaşım edib.

30 oktyabr

  • Prezident İlham Əliyev Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısının və Araz çayı üzərində körpünün tikintisi işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
  • Daha 70 sakin Laçına yola salınıb.

31 oktyabr

  • Prezident İlham Əliyev Azərbaycanın "2023-cü il üzrə Ümumdünya Məskunlaşma Gününün Beynəlxalq Səviyyədə Qeyd Edilməsi" tədbirinə evsahibliyi etməsi ilə bağlı müvafiq Fərman imzalayıb.
  • Milli Məclisdə "Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək" mövzusunda ictimai dinləmə keçirilib.

“Respublika”.