MÜSTƏQİL AZƏRBAYCAN DÖVLƏTİNİN BANİSİ
Siyasət

MÜSTƏQİL AZƏRBAYCAN DÖVLƏTİNİN BANİSİ

Görkəmli şəxsiyyətlər xalqın zəkasını, elmini, tarixini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər.

Heydər ƏLİYEV,

Ümummilli Lider.

Müstəqil Azərbaycan Respublikasının qurucusu banisi Heydər Əliyevin anadan olmasının 100 illiyinin böyük qürur hissilə qeyd edilməsi, xalqımızın şərəfli tarixində böyük əhəmiyyətə malik olan mühüm hadisədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023- il "Heydər Əliyev İli" elan edilmişdir. Sərəncamda deyildiyi kimi, görkəmli siyasi dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqını müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Müstəqil Azərbaycan Ulu Öndərin şah əsəridir.

Azərbaycan xalqı özünütəsdiq edib bəşər sivilizasiyasının, xüsusilə Şərq türk dünyasının mədəniyyət mərkəzinə çevrildiyi vaxtdan çağdaş dövrümüzə qədər qüvvətli dövlətlər bu dövlətləri idarə edə bilən görkəmli dövlət xadimləri yetirmişdir. XX-XXI əsrlərin qovuşuğunda Heydər Əliyevin zəngin ictimai-siyasi dövlət xadimi kimi fəaliyyəti buna ən parlaq misaldır. Azərbaycan gerçəkliyinin, Azərbaycan zəkası mənliyinin müasir reallıqları məhz Ulu Öndər Heydər Əliyevin geniş hərtərəfli fəaliyyətində aydın şəkildə öz əksini tapır.

2023- ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Prezident Sərəncamında deyilir: "Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir".

 Heydər Əliyevin hərtərəfli fəaliyyəti bacarığı müstəqil Azərbaycanın inkişafında, uğurlu daxili xarici nailiyyətlərin qazanılmasında həyata keçirilən tədbirlər onu xalqımızın Ümummilli Lideri səviyyəsinə yüksəldə bilmiş, adına mənalı ömür yoluna şərəf gətirmişdir.

Heydər Əliyev müasir tariximizdə inkişaf edən Azərbaycanın qüdrətli dövlət rəhbəri, müstəqilliyimizin qorunması, dövlətimizin möhkəmləndirilməsinin etibarlı qarantı memarıdır. Onun yaratdığı yeni-yeni dövlət strukturları, həyata keçirdiyi köklü islahatlar cəsarətli dövlət tədbirləri Azərbaycanın getdikcə qüvvətlənməsinə istiqamətlənən prioritet vəzifələr idi.

Heydər Əliyev xalqımızın tarixini yaşadan görkəmli dövlət xadimi dahi rəhbəri idi. Ulu Öndər bizim tarixi yaddaşımızı özümüzə qaytardı.

Hələ Azərbaycana birinci rəhbərliyi dövründə, ötən əsrin 70-ci illərində xalqımızın milli-mənəvi dəyərlərinin qorunması daha da inkişaf etdirilməsi istiqamətində ciddi əhəmiyyətli addımlar atıldı, gələcək müstəqilliyə doğru azadlıq ideyaları bir ideoloji baxış sistemi kimi genişlənməyə başladı. 2023- ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Prezident Sərəncamında deyildiyi kimi, "azadlıq müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı 70-ci illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir". Ulu Öndərin həyata keçirdiyi tədbirlər milli ruhun canlanmasına, soykökümüzə, milli özünüdərkə qayıdışa doğru qətiyyətli addımlar idi. 1978-ci ildə Konstitusiya qəbul edilərkən Azərbaycan dilinin Konstitusiya statusu alması o zaman üçün böyük tarixi hadisə Heydər Əliyevin böyük cəsarəti idi.

1969-cu ildə Azərbaycanın rəhbəri seçildikdən sonra rəsmi Moskvanın diqqətini cəlb etmədən respublikada milli-mənəvi dəyərləri inkişaf etdirmək üçün müdrik addımlar atmağa başladı. Azərbaycan SSR Ali Soveti 1938-ci il mayın 7- Laçın, Kəlbəcər, Qubadlı Qazax bölgələrindən 2 min hektar torpaq sahəsinin Ermənistana verilməsi haqqında protokolu təsdiq etdi. Lakin az sonra hakimiyyətə gəlmiş Heydər Əliyev bu qərarın icrasına yol vermədi.

Heydər Əliyev böyük uzaqgörənliklə respublikanın bütün dövlət hakimiyyəti orqanlarının, Azərbaycan parlamentinin fəaliyyətini xalqın sosial-iqtisadi sosial-mədəni tərəqqisi, habelə milli oyanış siyasətinin reallaşmasına yönəltdi. Geniş rəhbərlik təşkilatçılığı istedadlı bacarığı ilə həm Azərbaycanın partiya rəhbəri həm SSRİ Ali Sovetinin deputatı (VIII-IX çağırışlar) İttifaq Sovetinin sədr müavini, Azərbaycan SSR Ali Sovetinin deputatı Rəyasət Heyətinin üzvü kimi geniş dövlətçilik fəaliyyəti göstərirdi. Onun təşəbbüsü ilə SSRİ rəhbərliyi, yəni Sov. İKP MK SSRİ Nazirlər Soveti Azərbaycanın iqtisadi inkişafı üçün olduqca böyük əhəmiyyətə malik olan 5 mühüm qərar qəbul etmişdi. Onların hər biri Azərbaycanın xalq təsərrüfatının inkişafına İttifaq fondundan külli miqdarda vəsait ayrılması ilə bağlı idi. Heydər Əliyevin həyata keçirdiyi kadr siyasəti bütün sahələrdə olduğu kimi, qanunvericilik orqanlarında da milli dövlətçilik siyasətinin həyata keçirilməsinə yönəldildi bu orqanlara milli kadrların cəlb edilməsi artdı.

Heydər Əliyev həmin illərdə respublikada dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində qanunçuluğun hüquqi bazasının möhkəmləndirilməsi sahəsində mühüm dövlət tədbirlərinin təşəbbüsçüsü oldu.

 Heydər Əliyev XX-XXI əsrin qovşağında Azərbaycan reallıqlarında müasir dünyanın ən qüdrətli dövlət xadimlərindən biri, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin möhkəmləndirilməsinin banisi, inkişaf etməkdə olan dövlətimizin qurucusu memarıdır. Onun qurub-yaratdığı həyata keçirdiyi böyük dövlət tədbirləri təkcə Azərbaycanda deyil, dünyada mühüm bir hadisə kimi görünür. O, ən adi vacib məsələləri respublikada həyata keçirilməsi zəruri olan dövlət vəzifələrini qlobal səviyyəyə qaldırmağı, onu özünün iqtisadi-siyasi fəaliyyətinin başlıca vəzifəsi kimi qiymətləndirməyi, bu vəzifələrə ən yüksək fəaliyyət zirvəsindən baxmağı bacaran qüdrətli dövlət başçısı idi. O, qarşıya qoyduğu bütün dövlət vəzifələrinin mahiyyətini fəlsəfəsini görür uzaqgörənliklə həmin vəzifələrin həlli yollarının konkret istiqamətlərini müəyyən edirdi. Onun rəhbərliyi ilə həyata keçirilən bir çox quruculuq vəzifələri bəzən region hətta ümumdünya məsələsi kimi götürülür, həlli yolları da göstərilirdi. Buna görə Heydər Əliyev yalnız öz ölkəsində deyil, bütün dünyada maraqla qarşılanır, dünyanın dövlət başçıları tərəfindən böyük hörmət ehtiramla, yüksək səviyyədə qəbul edilirdi.

Prezident Sərəncamında deyilir: "Heydər Əliyevin zəngin həyat yolu müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur".

Çalışdığı işlədiyi bütün yüksək vəzifələrdə, beynəlxalq görüşlərdə o, ilk növbədə Azərbaycanın, Azərbaycan xalqının mənafeyini, milli-mənəvi dəyərləri qorumağı əsas vəzifə bilirdi. Bir Vətən övladı kimi əsl azərbaycanlı idi bununla da fəxr edirdi. Dahi şəxsiyyət, böyük siyasətçi, uzaqgörən diplomat, yüksək zəka sahibi olan Ulu Öndərin hikmətlə dolu zəngin həyat təcrübəsi var idi.

Azərbaycan xalqına etdiyi müraciətdə Heydər Əliyev demişdi: "Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü iradəmi yalnız müdrik qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib bütün uğurlarımı təmin edib". Bəli, Ulu Öndər doğma xalqına arxalandığı kimi, Azərbaycan xalqı da dahi rəhbərin geniş hərtərəfli fəaliyyəti sayəsində güclü müstəqil dövlətin inkişafına nail oldu.

Heydər Əliyev müstəqil Azərbaycanın inkişaf strategiyasının elmi cəhətdən əsaslandırılmış yeni strukturlarını yaratdı onları da zamanın ruhuna tarixi şəraitə uyğun olaraq təkmilləşdirməyi təmin etdi. Bununla da Heydər Əliyev milli inkişaf strategiyasının yeni modelini yaratdı modern dövlət kimi Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.

Qeyd etmək lazımdır ki, Heydər Əliyevin yaratdığı dövlət strukturları qədər bəşəri məzmun daşısa belə, Azərbaycanın milli xarakterini xüsusiyyətlərini həmişə ön planda meydana çıxarmışdır. Heydər Əliyev həmvətənlərinin soydaşlarımızın milli ruhunu, müdrikliyini, gözəlliyini, rəşadətini qəhrəmanlığını dönə-dönə qeyd edərək onları ümumbəşəri ideyalar səviyyəsinə yüksəltmişdir.

Heydər Əliyevin Azərbaycana rəhbərliyi ilə xalqımızın çağdaş tarixində yeni bir məktəbin əsası qoyuldu. Hələ 70-ci illərdə inkişaf etməkdə olan Azərbaycan 90- illərin ortalarından başlayaraq daha da inkişaf etdi, Heydər Əliyevin Azərbaycana Böyük Siyasətə qayıdışı Allah dərgahında böyük qurtuluş uğurdur. Bu qayıdış ilə Azərbaycanın müstəqilliyi qorundu xalqımıza böyük bir zəfər bəxş edildi.

Heydər Əliyevin ictimai-siyasi dövlətçilik fəaliyyəti, onun proqram xarakterli çıxışları, nitq məruzələri çağdaş tariximizin sistemli-müqayisəli formada öyrənmək baxımından tarixi mənbədir. Hər bir çıxışın məruzənin spesifik paleoqrafiyası, xüsusiyyətləri dəyəri, özünəməxsus cəhətləri vardır.

Çağdaş tariximizin ictimai-siyasi dövlətçilik tarixinin varislik əlaqəsi baxımından araşdırılması bir daha onu sübut edir ki, müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində bir çox yarımçıq qalmış problemlər Prezident İlham Əliyev tərəfindən uğurla həll edilmiş, Heydər Əliyev tərəfindən bünövrəsi qoyulmuş köklü islahatlar kursu qətiyyətlə davam etdirilmişdir. Müstəqil Azərbaycanın daxili xarici siyasət kursunda qazanılmış fundamental uğurlar dediklərimizə sanballı arqumentdir.

Heydər Əliyevin rəhbərliyi ilə daxili xarici siyasətdə qazanılan fundamental nailiyyətlər sayəsində müstəqil Azərbaycanın sosial-iqtisadi, siyasi, hərbi, mənəvi-mədəni inkişafında böyük uğurlara nail olunmuşdur. Ancaq bu uğurlarla kifayətlənməyib, onu daha da inkişaf etdirmək, beynəlxalq münasibətlər sistemində daha sanballı nailiyyətlər qazanmaq Heydər Əliyevin universal fəaliyyətinin, onun arzu ideyalarının başlıca məqsəd mahiyyətini təşkil edirdi. Azərbaycan xalqına tarixi müraciətində (1 oktyabr 2003- il) Ulu Öndər demişdir: "Mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü sabahı ilə yaşamışam..., Azərbaycan xalqına Azərbaycan dövlətinə xidmət etmişəm... Lakin mənim hələ tamamlanmamış çox perspektivli planlarım var. Son vaxtlar səhhətimdə yaranan bəzi problemlər mənə imkan vermir ki, bu işləri tamamlayım... İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları xalqımızın köməyi dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram gələcəyinə böyük ümidlər bəsləyirəm".

Bəli, bu tarixi müraciət bütün Azərbaycan xalqına düzgün seçim etməyə imkan verdi. Xalqımız düzgün seçim etdi, İlham Əliyev prezident seçildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan daxili xarici siyasətdə sanballı uğurlar qazandı, ölkəmiz sosial-iqtisadi hərbi cəhətdən güclü inkişaf etdi lider dövlətə çevrildi, qüvvətli təməl ilə daha da gücləndi. Məhz Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində tarixi Qələbə qazanıldı, 30 illik işğala son qoyuldu. Bununla da İlham Əliyev həm xalqımızın arzusunu, həm ATA vəsiyyətini yerinə yetirdi.

Heydər Əliyev ideyaları, müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində onun qətiyyətli mövqeyi polad iradəsi xalqımızın tarixə tariximizin xalqa verdiyi bir ibrət dərsidir ki, bu mövqe hamı tərəfindən qəbul təsdiq edilən həqiqət konsepsiyasıdır. Çünki müstəqilliyimizə edilən qəsdlərin qarşısının alınması, ilk illərdə "olum ya ölüm" qarşısında qalan müstəqilliyimizin qorunması, daxili xarici düşmənlər tərəfindən dövlətçiliyimizə dövlətimizə edilən qəsdlərin qarşısının alınması, xilas edilməsi nəhayət, hüquqi, demokratik dünyəvi dövlətin qurulması sahəsində həyata keçirilən prinsipial tədbirlər məhz Heydər Əliyevin misilsiz xidmətləridir. Açıq demək lazımdır ki, itirilməkdə olan müstəqil dövlətimizi qorumaq onu müdafiə etmək üçün Heydər Əliyevin bir çağırışı milyon-milyon insanın şüuruna hakim kəsildi. Bütün Azərbaycan xalqı ayağa durdu, dövlətçiliyimizi qorumağa səs verdi, "Heydər-xalq", "xalq-Heydər" şüarları ilə dövlət başçısı, Prezident Heydər Əliyevin ətrafında monolit bir yumruq kimi birləşdi. Beləliklə, məhz Heydər Əliyevin əvəzsiz xidmətləri qətiyyətli fəaliyyəti sayəsində müstəqilliyimiz qorundu. Ölkədə sakitlik sabitlik yarandı, hüquqi demokratik islahatlar həyata keçirildi, xalqın sosial-iqtisadi vəziyyəti yaxşılaşdı, qlobal əhəmiyyətli beynəlxalq layihələrə imza atıldı, Heydər Əliyev müstəqilliyimizin qarantı, qurucusu memarı oldu.

Prezident İlham Əliyev demişdir: "Heydər Əliyevin cəsarəti, zəkası, təcrübəsi, xalqın ona olan inamı ölkəmizi çətin vəziyyətdən çıxardı". Cənab Prezidentin dediyi kimi, 1993-2003- illərdə dövlətçiliyimizin çox möhkəm əsasları qoyuldu. Bu illəri sabitlik inkişaf illəri kimi xarakterizə etmək olar. Qısa müddətdə Azərbaycan inkişaf edən dünya dövlətləri bərabərliyinə yüksələ bildi. 2023- ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Prezident Sərəncamında deyildiyi kimi, "Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin dünyaya tanıdılması ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır".

Xalqımızın tariximizi müdriklik zəkasından qaynaqlanan Heydər Əliyev ideyaları dövlətçilik azərbaycançılıq prinsiplərini ifadə edərək milli mentalitetimizin bütün atributlarını prioritet məsələlərini əhatə edir.

Qurani-Kərimdə deyildiyi kimi, göylərdə yerdə varsa hamısı Allaha məxsusdur, bütün mövcudat Allahın qüdrətindən yaranmış əsərdir (surə 22, ayə 64). Eləcə Azərbaycanın düşmüş olduğu bəlalardan xilas edilməsi, Azərbaycanın müstəqilliyinin qorunması, bazar iqtisadiyyatına doğru köklü islahatların aparılması, tarixən qısa müddətdə hüquqi, demokratik dünyəvi dövlətin yaradılması istiqamətində inkişaf strategiyasının həyata keçirilməsi, daxili xarici siyasətdə beynəlxalq uğurların qazanılması ancaq ancaq Heydər Əliyevə məxsusdur. Bütün bu deyilənlər açıq-aşkar görünür hamısı da Azərbaycan reallıqlarında faktlarla təsdiqlənir. Bütün bu fundamental inkişaf nailiyyətlərini görərək qiymətləndirmək hər kəsin müqəddəs vəzifəsidir.

Prezident kimi geniş fəaliyyətə başladığı ilk gündən Heydər Əliyev müstəqilliyimizin qorunması möhkəmlənməsi istiqamətində fundamental tədbirlər həyata keçirdi, ölkəmizin daxili xarici siyasət proqramının hazırlanması praktik olaraq reallaşması sahəsində mühüm dövlət qərarları verildi. Azərbaycan xalqına müraciətində Heydər Əliyev həmin vəzifələri konkret olaraq aşağıdakı kimi qeyd etmişdi:

İlk növbədə dövlətçiliyimizin əsasını təşkil edən ictimai-siyasi sabitliyə nail olmuş, milli birliyin vətəndaş cəmiyyətinin təməli qoyulmuşdur.

İkincisi, ölkəmizin iqtisadiyyatı yenidən qurulmuş inkişaf etdirilmişdir.

Üçüncüsü, Azərbaycan xalqının istək arzularının iradəsi olan güclü, demokratik dövlətimiz qurulmuş, onun müstəqilliyi təmin edilmişdir.

Müstəqilliyimizin ilk illərində Azərbaycanda aclıq, qıtlıq yarandı, torpaqlarımız yağı düşmən tərəfindən işğal edildi, sosial-iqtisadi, hərbi-siyasi hakimiyyət böhranı yarandı, xalq ağır duruma düşdü, "olum, ya ölüm" dilemması qarşısında qaldı, dərin böhran yarandı, hətta vətəndaş qarşıdurması mövcud vəziyyəti daha da ağırlaşdırdı, müstəqilliyin itirilməsi təhlükəsi yarandı. Belə bir çətin vaxtda xalqın təkidli xahişi ilə Heydər Əliyev xilaskar kimi yenidən böyük siyasətə qayıtdı Azərbaycanı bütün bəlalardan xilas etdi, müstəqilliyimiz qorundu, sabitlik yarandı, dövlətimiz gücləndi, xalqımızın firavan həyatı bərpa olundu.

Heydər Əliyev Azərbaycan xalqının xilaskar rəhbəri, xalqımızı mövcud bəlalardan xilas edə bilən, qısa zaman kəsiyində Azərbaycanın inkişafına nail ola bilən qüdrətli bir dövlət xadimidir.

Heydər Əliyev müasir tariximiz üçün müstəsna dərəcədə böyük əhəmiyyətə malik olan dahiyanə bir əsər yadigar qoymuşdur. Bu əsər, özünün dəfələrlə dediyi kimi, "Azərbaycan" adlı müqəddəs bir əsərdir, müstəqil qüdrətli Azərbaycan Respublikasıdır. Xalqımızın dil əzbərinə çevrilmiş " qədər ki, Azərbaycan var, mən varam, Azərbaycan mənim ürəyimdir, nəfəsimdir, canımdır" kimi sözlər məhz Heydər Əliyevə məxsusdur, ilk dəfə onun dilindən səslənmişdir.

Milli-mənəvi irsimizə, vətən tariximizə, dövlətçiliyimizə azərbaycançılıq məfkurəsinə bağlılıq Heydər Əliyevin ruhundan əqidəsindən qidalanırdı. O, həyatı, ürəyi ilə öz xalqının mənəvi köklərinə bağlı olan parlaq bir şəxsiyyət, dahi dövlət xadimi idi. Özünün dediyi kimi, ömrünü həyatını xalqına həsr etmişdi. Heydər Əliyev bütün varlığı ilə sevdiyi canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş, azərbaycanlı olması ilə fəxr etmişdi.

"Canım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır" deyən Heydər Əliyev azərbaycançılıq dövlətçilik fəlsəfəsini inkişaf etdirərək doğma xalqını vahid bir milli ideologiya ətrafında birləşdirməyi bacaran dahi rəhbər qüdrətli dövlət başçısı idi. Heydər Əliyev milli tariximizdə ilk dəfə idi ki, həm azərbaycançılıq həm dövlətçilik anlayışına aydınlıq gətirdi, onların mahiyyətini, məqsəd prinsiplərini ətraflı izah etdi. Qeyd etdi ki, azərbaycançılıq əsasən dövlətçilik milli vətənpərvərlikdən ibarətdir. Heydər Əliyev demişdir: "Dövlətçilik, milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər - bunlar hamısı azərbaycançılıq anlayışlarının tərkib hissələridir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaq möhkəmləndirməkdir". Dərindən düşünəndə aydın görünür ki, Ulu Öndər milli ideologiyamızın bütöv bir sistem halında yeni konsepsiyasını yaratmış, doğma xalqımızın möhkəm birliyinin əsaslarını müəyyənləşdirmiş, bununla da milli-mənəvi dəyərlərin inkişafına dair yeni bir məktəbin təməlini qoymuşdur. Bu baxımdan Azərbaycan dövlətçiliyi naminə dahi rəhbərin müəyyən etdiyi həyata keçirdiyi milli konsepsiya onun tarixi xidmətlərindən biridir.

Milli birliyi, milli kökləri milli həmrəyliyi vacib bilən Ulu Öndər dönə-dönə qeyd edirdi ki, "bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır".

Beləliklə, Heydər Əliyevin dediyi kimi, bu gün bizim hamımızı birləşdirən, həmrəy edən dövlətçilikdir, azərbaycançılıqdır, milli-mənəvi dəyərlərimizdir.

Heydər Əliyev geniş ictimai-siyasi fəaliyyəti zəngin ömür yolu ilə Azərbaycan xalqının şərəfli tarixində, ədalətli mövqeyi ilə bütün dünyada ad-san qazanmışdı. Heydər Əliyevin hərtərəfli fəaliyyətinin başlıca xüsusiyyətlərindən biri doğma Vətən torpağı ilə, onun tarixi, mədəniyyəti, adət-ənənələri, milli mentaliteti milli-mənəvi dəyərləri ilə qırılmaz tellərlə bağlılığıdır.

Bəşər tarixində görkəmli şəxsiyyətlər qüdrətli dövlət başçıları olmuşdur. Belə görkəmli şəxsiyyətlər eyni zamanda dünya siyasətinə beynəlxalq münasibətlər məsələlərinə təsir göstərirlər. Tanınmış şəxsiyyətlər dünya tarixinin zəkasını ifadə edirlər. Əslində həmin şəxsiyyətlər xalqın ictimai-siyasi həyatında qüdrətli təsir vasitəsinə çevrilir, beləliklə, xalqın həm siyasi xadimi həm mənəvi rəhbəri olurlar. Tarixin inkişaf dinamikası göstərir ki, hər bir xalqın cəmiyyətin inkişafında hərəkətverici qüvvələri onun öz daxilindədir, eyni zamanda obyektiv subyektiv amillərlə vəhdət təşkil edir. Məhz bu amilləri dərindən elmi nəzəri cəhətdən təhlil edib, ictimai praktikada onu tətbiq etmək siyasi rəhbərin bacarığından daha çox asılıdır. Siyasi rəhbər mənəvi istedada, fövqəltəbii bacarığa, intellektual zəngin biliyə malik olmaqla yanaşı, yaranmış ictimai-siyasi tarixi şəraiti diqqətlə təhlil edib, cəmiyyətin gələcək inkişaf strategiyasının istiqamətlərini müəyyənləşdirməlidir.

Görkəmli şəxsiyyətlər tarixin onun qarşısına qoyduğu proqram vəzifələri necə hansı şəraitdə yerinə yetirməyi, birinci ikinci dərəcəli vəzifələri müəyyənləşdirməyi əsas götürməli, ən çətin vəziyyətdə sərrast aydın fikir yürütməli, elmi cəhətdən əsaslandırılmış proqramla, xalq ilə birlikdə hərəkət etməli fəaliyyət göstərməlidir. Belə tarixi şəxsiyyətlər Allah vergisi, Tanrı istedadıdır. Xalqın arzu istəklərini, onun iradəsini ifadə edən belə tarixi şəxsiyyətlər ümumxalq sevgisi qazanaraq Ümummilli Liderə çevrilir, xalqın siyasi mənəvi rəhbəri olur, milyon-milyon insanların ürəyində özünə əbədi məhəbbət qazanır, heykəl ucaldır. Çağdaş tariximizdə ümumxalq sevgisi məhəbbəti qazanan məhz Ulu Öndər Heydər Əliyev şəxsiyyətidir.

Heydər Əliyev bütün dünyada tanınan dünya ölkələrinin rəhbərləri tərəfindən yüksək qiymətləndirilən, ümumdünya əhəmiyyətli bəşəri şəxsiyyət dahi rəhbərdir. Heydər Əliyevin diplomatik məharəti, vətəndaş cəsarəti, siyasi hazırlığı, müdrik rəhbərliyi, rəhbərlik qətiyyəti, prinsipial mövqeyi, uzaqgörən siyasəti, diplomatik təcrübəsi, polad iradəsi, prezident məsuliyyəti digər yüksək rəhbərlik keyfiyyətləri müstəqil Azərbaycanın qorunmasında, inkişaf etməsində möhkəmlənməsində müstəsna dərəcədə böyük rol oynamışdır. Bu gün müstəqil Azərbaycanın modern inkişafında Ulu Öndərin xidmətləri çox böyükdür. Prezident İlham Əliyevin dediyi kimi, bu gün Heydər Əliyev siyasəti uğurla davam inkişaf edir.

Heydər Əliyev öz mənalı həyatının 60 ilini xalqımızın bu günü sabahı ilə yaşamış, ömrünü xalqımıza həsr etmişdir.

Ulu Öndərin şah əsəri olan Azərbaycan sosial-iqtisadi hərbi cəhətdən inkişaf edən güclü dövlət beynəlxalq münasibətlər sistemində öz mövqeyini möhkəmlədən ölkədir. Prezident Sərəncamında deyildiyi kimi, güclü Azərbaycan dövləti öz suverenliyi müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı zəfər qazanmaqla sübuta yetirdi, 30 illik işğala son qoydu, ölkəmizin ərazi bütövlüyü təmin edildi.

Müstəqil Azərbaycan dövlətinin banisi olan Heydər Əliyev azərbaycanlı olması ilə ömür boyu fəxr etmişdir bu gün bütün Azərbaycan xalqının qürur iftixar mənbəyidir. Prezident İlham Əliyevin dediyi kimi, "Ulu Öndərin həyatı fəaliyyəti bir fədakarlıq nümunəsi idi. Onun mirası bu gün müstəqil Azərbaycandır".

Nuru MƏMMƏDOV,

tarix elmləri doktoru, BDU-nun professoru,

respublikanın Əməkdar müəllimi.