18-ci milli Dayanıqlı İnkişaf Məqsədi ictimaiyyətə təqdim edilib
Siyasət

18-ci milli Dayanıqlı İnkişaf Məqsədi ictimaiyyətə təqdim edilib

"Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol" mövzusunda minalardan təmizləmə üzrə ikinci beynəlxalq humanitar konfrans çərçivəsində 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyin prinsipləri əsasında hazırlanan 18-ci milli Dayanıqlı İnkişaf Məqsədi beynəlxalq yerli ictimaiyyətə təqdim edilib.

AZƏRTAC xəbər verir ki, Ağdamda Bakıda keçirilən "Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol" mövzusunda minalardan təmizləmə üzrə ikinci beynəlxalq humanitar konfransda Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyin prinsipləri əsasında hazırlanan 18-ci milli Dayanıqlı İnkişaf Məqsədi İqtisadiyyat Nazirliyinin şöbə müdiri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov tərəfindən beynəlxalq yerli ictimaiyyətə təqdim edilib.

Qeyd edək ki, 18-ci Dayanıqlı İnkişaf Məqsədi təşəbbüsü bu il martın 2- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə irəli sürülüb. Prezidentin təşəbbüsü əsasında "Mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyətlər" adlı 18-ci Dayanıqlı İnkişaf Məqsədi müvafiq dövlət qurumlarının rəy təklifləri əsasında hazırlanıb Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasında təsdiq edilib.

18-ci DİM işğaldan azad olunmuş ərazilərimizə təhlükəsiz qayıdış, məskunlaşma, bərpa, rifah sülh üçün mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyəti özündə ehtiva edir. Bu DİM insanların təmiz ətraf mühitdə, sağlam yüksək rifahda, o cümlədən sülh təhlükəsizlik şəraitində yaşamasına yönəlib.