Millətlər Liqası: Azərbaycan yığmasının növbəti iki oyununun stadionu bəlli olub
İdman

Millətlər Liqası: Azərbaycan yığmasının növbəti iki oyununun stadionu bəlli olub

Qadın futbolçulardan ibarət Azərbaycan yığmasının UEFA Millətlər Liqasının C qrupunda keçirəcəyi növbəti iki oyunun məkanı müəyyənləşib.

"Respublika" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, səfərdə Farer adaları yığmasına qarşı görüş Klaksvik şəhərindəki “Djupumiru” stadionunda, Bakıda Monteneqro millisi ilə matç isə “Dalğa Arena”da təşkil olunacaq.

Qeyd edək ki, oktyabrın 27-də Farer adaları seçməsinin qonağı olacaq Azərbaycan millisi bundan dörd gün sonra Monteneqronu qəbul edəcək.