“Səbail” mövsümlərarası fasilədə ilk transferini reallaşdırıb
İdman

“Səbail” mövsümlərarası fasilədə ilk transferini reallaşdırıb

“Səbail” komandası heyətini yeni futbolçu ilə gücləndirib.

Klubun mətbuat xidmətindən "Respublika"ya verilən məlumata görə, “dənizçilər” Fərid Nəbiyevi transfer edib. 24 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Bu, “Səbail”in mövsümlərarası fasilədə heyətinə qatdığı ilk oyunçudur.

Son mövsümü “Turan Tovuz”da keçirən F. Nəbiyev karyerası ərzində “Slavia Praqa” (Çexiya), “Şevardeni” (Gürcüstan), “Viktoriya Jijkov” (Çexiya), “Kəpəz” klublarında çıxış edib.