RF Müdafiə Nazirliyi: Ermənistanla Azərbaycana nizamlanma üçün məcburən vasitəçilik xidmətləri təklif edilir
Dünya xəbərləri

RF Müdafiə Nazirliyi: Ermənistanla Azərbaycana nizamlanma üçün məcburən vasitəçilik xidmətləri təklif edilir

NATO və Avropa İttifaqı özlərinin Rusiya ilə qarşıdurma kursu çərçivəsində Gürcüstanda, həmçinin Ermənistan-Azərbaycan münasibətlərində gərginliyi artırırlar.

"Respublika" TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Andrey Belousov KTMT ölkələrinin müdafiə nazirlərinin Almatı iclasında bildirib.

Rusiyanın müdafiə naziri qeyd edib ki, Alyansın ayrı-ayrı ölkələri Qafqazda mövqelərini möhkəmləndirmək istəyir və bununla da Xəzərin ehtiyatlarına, habelə Mərkəzi Asiyaya birbaşa çıxış əldə etməyə çalışırlar.

Belousovun sözlərinə görə, Ermənistanla Azərbaycana ziddiyyətlərin nizamlanması üçün məcburən vasitəçilik xidmətləri, sülh sazişini istisnasız olaraq Qərb platformalarında və onların diktəsi ilə imzalamaq təklif edilir.