Məşhur futbolçu Avropa çempionatı üçün Almaniya millisinə çağırılmayacaq
İdman

Məşhur futbolçu Avropa çempionatı üçün Almaniya millisinə çağırılmayacaq

Dortmund "Borussiya"sının futbolçusu Mats Hummels Avropa çempionatı üçün Almaniya millisinə çağırılmayacaq.

"Respublika" xəbər verir ki, bu barədə məşhur "Bild" nəşri məlumat yayıb.

Bildirilib ki, yığmanın baş məşqçisi Yulian Naqelsmann mayın 16-da yekun heyəti açıqlayacaq.

Lakin siyahıda Hummels yer almayacaq.

Qeyd edək ki, "Borussiya" iyunun 3-də UEFA Çempionlar Liqasının finalında İspaniyanın "Real" klubu ilə üz-üzə gələcək.