Dmitri Peskov: Rusiya hərbçiləri Ermənistanın bir sıra bölgələrindən çıxırlar
Dünya xəbərləri

Dmitri Peskov: Rusiya hərbçiləri Ermənistanın bir sıra bölgələrindən çıxırlar

Rusiya hərbçiləri və sərhədçiləri Ermənistanın bir sıra bölgələrindən çıxırlar.

"Respublika" xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə məlumat verib.

O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada keçirilən görüşdə bu barədə razılığa gəliblər. Onun sözlərinə görə, Ermənistan tərəfinin xahişi ilə Rusiya sərhədçiləri İran və Türkiyə ilə sərhəddə qalacaqlar.