İraqın şimalında 32 PKK terrorçusu zərərsizləşdirilib
Dünya xəbərləri

İraqın şimalında 32 PKK terrorçusu zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələri tərəfindən İraqın şimalında 32 PKK terrorçusu zərərsizləşdirilib.

"Respublika" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, Türkiyə təhlükəsizlik qüvvələri həmin terrorçuları “Pəncə-Kilit” əməliyyatı bölgələrində aşkarlayaraq zərərsizləşdirib.

Nazirliyin açıqlamasında bölgədə son terrorçu zərərsizləşdirilənə qədər mübarizənin qətiyyətlə davam etdiriləcəyi vurğulanıb.