Pakistanda güclü yağışlar və ildırım vurması nəticəsində ölənlərin sayı 63-ə çatıb
Dünya xəbərləri

Pakistanda güclü yağışlar və ildırım vurması nəticəsində ölənlərin sayı 63-ə çatıb

Pakistanın Pəncab, Bəlucistan və Xayber-Paxtunxva əyalətlərində güclü yağışlar və ildırım vurması nəticəsində ölənlərin sayı 63 nəfərə çatıb.

“Respublika” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bu barədə  Pakistanın təbii fəlakətlərlə mübarizə Milli İdarəsinin nümayəndəsi Xurşid Ənvər məlumat verib.

Nümayəndənin sözlərinə görə, ötən həftə sonu Pəncab, Bəlucistan və Xayber-Paxtunxva əyalətlərində başlayan güclü yağışlar və şimşək çaxması nəticəsində ölənlərin sayı 63-ə yüksəlib, 1370-ə yaxın ev zədələnib.

Xurşid Ənvər davam edən pis hava şəraitinin axtarış və xilasetmə işlərinə mənfi təsir göstərə biləcəyini də istisna etməyib.

"Associated Press"-ə açıqlama verən Pakistan Meteorologiya Departamentinin sözçüsü Zahir Əhməd Babar, ölkəyə iqlim dəyişikliyi səbəbiylə daha çox yağış yağdığını bildiriib: "Bu ay Pakistanda yağıntının yüzdə 61-i normadan çoxdur və bu, ölkəmizdə artıq iqlim dəyişmələrinin baş verdiyini göstərir”.  

Musa BAĞIRLI,

“Respublika”.