Kreml: ABŞ-ı ən çox narahat edən ukraynalılar deyil, amerikalıların özləridir
Dünya xəbərləri

Kreml: ABŞ-ı ən çox narahat edən ukraynalılar deyil, amerikalıların özləridir

Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə ABŞ-ın Ukraynaya yardımını və Ağ Evin kömək çağırışlarını şərh edib.

"Respublika" xəbər verir ki, Dmitri Peskov bununla bağlı verdiyi açıqlamada ABŞ-ın Ukraynadan narahat olmadığını iddia edərək deyib:

"ABŞ-ın əsas qayğısı həmişə amerikalıların özləri olub”.

Peskov onu da qeyd edib ki, ABŞ Avropaya tədarük olunan enerji, qaz və neft mənbələrindən milyardlarla dollar qazanır, amma təəssüf ki, bu, ukraynalıların həyatına başa gəlir.

Musa Bağırlı,

“Respublika”.