DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

İRAN ABŞ QOŞUNLARINA QARŞI HÜCUMLARIN YENİ MƏRHƏLƏSİNİ PLANLAŞDIRIR

İran ABŞ-a qarşı hücumların yeni mərhələsini həyata keçirmək məqsədilə Suriyadakı yaraqlıları silahlandırır. Bu barədə “Washington Postqəzeti kəşfiyyat rəsmilərinə istinadən məlumat yayıb.

Verilən xəbərə əsasən, rəsmi Tehran amerikalıların regiondan çıxarılması üçün Rusiya ilə birlikdə daha geniş strategiya üzərində işləyir. Belə ki, İran müttəfiqləri spesifik olaraq ABŞ hərbi nəqliyyat vasitələrini hədəfə alacaq güclü zirehdəlici yolkənarı bombalardan istifadə edə bilən qüvvələr yaradır onlara təlimlər keçir.

Eyni zamanda, İranın bu qruplardan isti

fadə edərək ABŞ-ın Suriyadakı qüvvələrinə raket dron zərbələri endirə biləcəyi qeyd olunub.

Bildirilir ki, İran ABŞ qoşunlarını hədəfə alacaq silahları Suriyaya zəlzələ üçün göndərilmiş humanitar yardımların arasında gizlədib.

 

VOLODİMİR ZELENSKİ: AVROPA UKRAYNAYA YARDIMDA TƏRƏDDÜD EDİR

Avropa Ukraynaya kömək barədə qərar verməkdə tərəddüd edir. “Reportagentliyinin xəbərinə görə, bunu Ukrayna prezidenti Volodimir Zelenski Moldovanın paytaxtı Kişineuda zirvə toplantısında çıxışı zamanı bildirib.

Dövlət başçısının sözlərinə görə, Avropanın tərəddüdünün davam etdiyi bir vaxtda, Rusiya hərbçiləri yeni səngərlər qazırlar.

Bununla yanaşı, Zelenski Qərbdəki müttəfiqlərini zamanın çağırışlarına cavab verməyə səsləyib: “Tərəddüdə qədər tez son qoysaq, bəlalardan bir o qədər effektiv xilas ola bilərik”.

Ukrayna lideri həmçinin qeyd edib ki, bütün bunlara baxmayaraq, Kiyevin tərəfdaşları boş dayanmırlar: “Bu, bizim təhlükəsizliyimizi təmin edir”.

Eyni zamanda, Volodimir Zelenski Rusiyanın növbəti hədəfinin Moldova ola biləcəyinə eyham vurub.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24- başlayıb.

 

ABŞ-DA BORC HƏDDİ İLƏ ƏLAQƏDAR QANUN LAYİHƏSİ QƏBUL EDİLİB

ABŞ Konqresinin Nümayəndələr Palatası dövlət borcunun yuxarı həddinin artırılması ilə bağlı qanun layihəsini qəbul edib. “Reportagentliyinin ABŞ mətbuatına istinadən xəbər verir ki, 314-dən çox deputat qanun layihəsinin lehinə, 117-si isə əleyhinə səs verib.

Daha sonra qanun layihəsi baxılmaq üçün Senata göndəriləcək. Bundan sonra Konqresin hər iki palatası tərəfindən təsdiqlənərsə, imza üçün ABŞ prezidenti Cozef Bayden təqdim ediləcək.

ABŞ prezidenti Cozef Bayden qanun layihəsi qəbul edildikdən sonra məsələ ilə bağlı yazılı açıqlama verib. Açıqlamada bildirilir ki, Nümayəndələr Palatası ilk defoltun qarşısını almaq ABŞ-ın əziyyətlə qazanılan tarixi, iqtisadi bərpasını qorumaq üçün kritik bir addım atıb.

 

HONKONQ BƏƏ KRİPTOVALYUTA SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ EDƏCƏK

Kriptovalyuta sektoru ilə yaxından maraqlanan bir çox ölkə bu sahədə işlərini təkmilləşdirmək üçün bir sıra əməkdaşlıq əlaqələri qurur. Birləşmiş Ərəb Əmirliklərinin Mərkəzi Bankı Honkonq Valyuta Təşkilatı rəqəmsal aktivlərin tənzimlənməsi inkişafı da daxil olmaqla üç əsas sahədə əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər. “Trendagentliyinin məlumatına görə, müzakirələr zamanı kripto tənzimləmələrində birliyin gücləndirilməsi qərara alınıb.

Verilən xəbərə əsasən, bu əməkdaşlığa əlavə olaraq, iki ölkənin mərkəzi bankları hər bir regionun müvafiq innovasiya mərkəzləri ilə birgəfintechinkişaf təşəbbüslərinin asanlaşdırılacağını da vurğulayıblar.

Eyni zamanda, iki ölkə arasında maliyyə infrastrukturu maliyyə bazarı əlaqələri müzakirə olunan görüşdə əsas məqamlar kimi qeyd edilib. Honkonq Valyuta Təşkilatının baş direktoru Eddie Yue, əlaqələrin bir çox tamamlayıcı güclü tərəfləri qarşılıqlı maraqları bölüşdüyü üçün hər iki yurisdiksiyaya iqtisadi fayda verəcəyini dilə gətirib.

 

EMMANUEL MAKRON: PUTİN NATO-NUBEYİN ÖLÜMÜNDƏNXİLAS EDİB

Fransa prezidenti Emmanuel Makron beyin ölümü keçirdiyi dediyi NATO-nu Rusiya lideri Vladimir Putininelektroşokla oyatdığını bildirib. “Teleqraf.comun verdiyi xəbərə görə, bu barədəBloombergagentliyi məlumat yayıb.

Bildirilir ki, çıxışı zamanı Avropanın təhlükəsizliyini sabitliyini amerikalı seçicilərin istəklərinə buraxa bilməyəcəyini qeyd edən Makron NATO daxilində Avropa müdafiə qanadının yaradılmasının vacibliyini vurğulayıb.

Eyni zamanda, Avropanın hərbi sahədə daha müstəqil olmasına tərəfdar çıxan Fransa lideri qitənin öz təhlükəsizlik qonşuluq məsələləri ilə təkbaşına məşğul olmasının vacibliyinə diqqət çəkib. Makron onu da deyib ki, Qərbi Balkan ölkələri, Moldova Ukrayna Avropa Birliyinə daxil edilməlidir.

Xatırladaq ki, Fransa prezidenti  Emmanuel Makron 2019-cu ildə NATO-nunbeyin ölümükeçirdiyi söyləmişdi. Bu, o zaman ABŞ alyansa üzv digər dövlətlərdə etirazlara səbəb olmuşdu.

 

SUDANIN PAYTAXTI BOMBARDMANA MƏRUZ QALIB

Sudanın paytaxtı Xartum şəhərinin cənubunun bombalanması nəticəsində 17 nəfər həlak olub, 106 nəfər isə yaralanıb. “Reportagentliyinin verdiyi xəbərə görə, bu barədə məlumatı Sudan Tibb İşçilərinin Həmkarlar Təşkilatı yayıb.

Bildirilir ki, Xartumun cənubundakı Mayo rayonun bombalanması nəticəsində yaralıların sayı çox olduğundan bölgədə xəstəxana həkim çatışmazlığı yaranıb.

Həmçinin açıqlamada iyunun 15-dək Sudan üzərindən uçuşların qadağan edildiyi diqqətə çatdırılıb.

Qeyd edək ki, Sudanda silahlı qarşıdurmalar nəticəsində evlərini tərk edənlərin sayı 700 min nəfəri keçib. Onlar məktəblərdə, inzibati binalarda yerləşdirilib.

Xatırladaq ki, aprelin 15- Sudanda ordu ilə Çevik Reaksiya Qüvvələri arasında silahlı toqquşmalar başlayıb. Toqquşmalar nəticəsində ölənlərin sayı 900-ə çatıb.

 

HƏRBİ EKSPERT: RUSİYANIN RAKETLƏRİ HEÇ VAXT TÜKƏNMƏYƏCƏK

Raketləri özünün istehsal etdiyini nəzərə alsaq, Rusiya qoşunlarının raketləri heç vaxt tükənməyəcək. Lakin Rusiya müharibə başlayandan bəri nisbətən daha az həcmdə raket sifarişi verir. Onlar bu potensialı bərpa edə bilməyəcəklər”. “Teleqraf.comun xəbərinə görə, bunu ukraynalı hərbi ekspert Aleksandr Kovalenko bəyan edib.

Ekspert qeyd edib ki, Rusiya bu günX-101”, “X-555”, “Kalibr”, “İskəndər”, “X-59”, “X-31”, “X-38”, “Kinjal s. raketlər istehsal edə bilir.

Kovalenkonun hesablamasına görə, Rusiya martın 9-dan bəri maksimum 350 raket əldə edə bilər: “Lakin mən daha çox yığımın orta göstəricisinə - 250-270 raket deməyə meylliyəm”.

Eyni zamanda ekspert xatırladıb ki, aprelin 28-dən mayın 29-dək Ukrayna səmasında müxtəlif tipli 198 raket buraxılıb, bunlardan 177-si vurulub.

Məlumat üçün qeyd edək ki, bir müddət öncə digər hərbi ekspert Oleq Jdanov ötən ilin sonunda Rusiyanın raketlərinin tükənəcəyi ilə bağlı proqnozlarının etibarsız məlumatlara əsaslandığını yalan çıxdığını etiraf edib.

Hazırladı:

Vamiq ABBASOV,

Respublika”.