ANAMA  azad edilmiş ərazilərdəki yaylaqlara köçəcək 4 mindən çox fermerə təlimlər keçir
Digər xəbərlər

ANAMA azad edilmiş ərazilərdəki yaylaqlara köçəcək 4 mindən çox fermerə təlimlər keçir

İşğaldan azad edilmiş ərazilərdə yerləşən yaylaqlara köç edəcək 4 min 500 nəfərdən çox fermerə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Beynəlxalq Avrasiya Mətbuat Fondunun müvafiq əməkdaşları tərəfindən Partlayıcı Sursatların Təhlükəsinə dair maarifləndirmə təlimləri keçirilir.

ANAMA-dan "Respublika"ya verilən məlumata görə, Kənd Təsərrüfatı Nazirliyinin müraciətinə əsasən təlimlər Yevlax rayonu, Sumqayıt və Gəncə şəhərlərində mərhələli şəkildə həyata keçirilir.

Təlimlərdə iştirakçılara şübhəli ərazilərin əlamətləri, təhlükəli ərazilərdə davranış qaydaları, xəbərdarlıq nişanları barədə məlumat verilir. Həmçinin fermerlərə təhlükəsizlik qaydalarına riayət etməklə bağlı daha  məsuliyyətli və sayıq olmağa, təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmamağa və şübhəli əşyalara toxunmamağa dair təlimatlar təqdim olunur.