Rusiyanın “Doveriya” Prezident Klubunun Əlaqələndirmə Şurasının sədri Nikolay Tarakanov və İdarə Heyətinin sədri Viktoriya Laziçdən
Məktublar

Rusiyanın “Doveriya” Prezident Klubunun Əlaqələndirmə Şurasının sədri Nikolay Tarakanov və İdarə Heyətinin sədri Viktoriya Laziçdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

2024-cü il fevralın 7-də Azərbaycan Respublikası və onun hər bir vətəndaşı üçün əlamətdar hadisə oldu, növbədənkənar prezident seçkiləri keçirildi. “Doveriya” Prezident Klubu Sizi inamlı qələbəniz münasibətilə təbrik edir və ali dövləti vəzifənizdəki fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayır.

Siz Azərbaycanın tarixinə öz adınızı qızıl hərflərlə yazmısınız. Sizi nüfuzlu, müdrik və uzaqgörən siyasətçi, mükəmməl strateq, dəqiq və dərin təfəkkürə malik parlaq peşəkar dövlət başçısı kimi tanıyırlar. Siz ölkənizi onun maraqları ilə hamının hesablaşmalı olduğu böyük, güclü, qüdrətli dövlətə çevirmisiniz. Bu gün Azərbaycanda bütün nailiyyətlər Sizin adınızla bağlıdır və bu nailiyyətlər çox prinsipial, məsuliyyətli mövqeyiniz sayəsində əldə edilib.

Xahiş edirik, Azərbaycanın rifahı naminə ən xoş arzularımızı qəbul edəsiniz. Sizə uzun ömür, əmin-amanlıq, xoşbəxtlik, ölkənizin maraqlarının qorunmasında və vətəndaşlarınızın mənafelərinin təmin edilməsində uğurlar diləyirik.

Dərin hörmətlə,

Nikolay TARAKANOV,

Rusiyanın “Doveriya” Prezident Klubunun Əlaqələndirmə

Şurasının sədri, texniki elmlər doktoru, Rusiya Təbiət

Elmləri Akademiyasının Rəyasət Heyətinin üzvü,

Rusiya Yazıçılar İttifaqının üzvü.

Viktoriya LAZİÇ,

“Doveriya” Prezident Klubunun İdarə Heyətinin sədri.