QALİBLƏR MÜKAFATLANDIRILIB
Region

QALİBLƏR MÜKAFATLANDIRILIB

Heydər Əliyev Mərkəzində Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində müxtəlif nominasiyalar  üzrə keçirilən yaradıcılıq festival və müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, hüquq-mühafizə orqanlarının rəhbələri, ictimaiyyət nümayəndələri tədbir öncəsi ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək əziz xatirəsini böyük ehtiramla yad ediblər. Tədbir Heydər Əliyev Mərkəzinin foyesində şəhər məktəblilərinin əl işlərindən ibarət sərgiyə baxışla başlanıb.

Uşaq-gənclər inkişaf mərkəzinin təşkilatçılığı ilə hazırlanan sərgi böyük marağa səbəb olub. Təqdimat mərsimində qeyd olunub ki, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan rəsm əsərləri və əl işləri uşaqların və gənclərin ümummilli liderə ehtiram və məhəbbətinin rəmzləridir. Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iştirakçılar qarşısında çıxış edərək bildirib ki, 2023-cü ilin “Heydər Əliyev İli” elan olunmasından sonra, şəhərdə müxtəlif səpkili 280-dən çox tədbir həyata keçirilib. Şəhərin idarə, müəsssiə və təşkilatlarında keçirilən tədbirlər, o cümlədən Mingəçevir Dövlət Universitetinin təşkilatçılığı ilə ulu öndərə həsr olunmuş beynəlxalq elmi konfranslar xüsusilə diqqət çəkib. Tədbirdə ulu öndərə həsr olunmuş idman yarışları, şeir, inşa müsabiqələrində qalib adı alaraq şəhərə mükafatlar gətirən gənclər xüsusilə dəyərləndiriib. Qaliblərə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov diplom və kuboklar təqdim edərək onlara bir daha təbriklərini çatdırıb və uğurlar arzulayıb.

Zabit XƏLİLOV,

“Respublika”.