MİNNƏTDARLIQ
Digər xəbərlər

MİNNƏTDARLIQ

Bu günlərdə ailəmiz həyəcanlı anlar yaşadı. Belə ki, dünyaya uşaq gətirəcək gəlinimizin vəziyyəti qəflətən pisləşdi. Təcili olaraq xəstəni Göygöl Rayon Mərkəzi Xəstəxanasına  çatdırdıq. Xəstəxananın mama-ginekoloqu, cərrah Afət Abbasovanın yüksək peşəkarlığı nəticəsində ana və uşağın həyatı xilas edildi.

Azərbaycanın səhiyyə sistemində bu cür savadlı, vicdanlı həkimlərin olması bizi sevindirir. Bütün ailə üzvlərimiz adından Afət Abbasovaya, eləcə də bu ağır əməliyyatda iştirak edən digər həkimlərə minnətdarlığımızı bildiririk.

Vəli VƏLİYEV,

Gəncə şəhər sakini.