“Sən elə bir zirvəsən...”
Region

“Sən elə bir zirvəsən...”

Şirvan

Bu günlərdə Şirvan şəhər təhsil müəssisələrinin şagirdləri arasında xalq (muğam, təsnif) və bəstəkar mahnıları nominasiyaları üzrə “Sən elə bir zirvəsən” devizi altında müsabiqə keçirildi. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Uşaq Musiqi Məktəbinin müəllim və şagird kollektivi və müsabiqə iştirakçıları iştirak etdilər.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov müsabiqə iştirakçılarını və qalibləri təbrik edərək, gənc istedadlara dövlət qayğısından danışdı. Belə tədbirlər sayəsində böyüməkdə olan gənc nəsli Heydər Əliyev ideyaları ruhunda, onun zəngin irsi işığında tərbiyə olunur. Ölkəmizin dövlət quruculuğu prosesində Ümummilli Liderin rolunu və xidmətlərini təbliğ etmək, uşaqları vətənpərvər ruhda yetişdirmək, istedadlı uşaqları və gənclərin yaradıcılıq potensialını üzə çıxarmaq mühüm əhəmiyyət fəsb edir.

Müsabiqənin fəal iştirakçılarına və qaliblərə təşəkkürnamə və diplomlar təqdim olundu.

                                        Tofiq HÜSEYN,

                                       “Respublika”.