AZƏRBAYCAN DÜNYA MEDİASINDA
Diaspora

AZƏRBAYCAN DÜNYA MEDİASINDA

“Türkmənistan Qızıl Əsr”: Türkmənistan, Azərbaycan və Türkiyə gömrük sahəsində əməkdaşlığı müzakirə ediblər

Türkmənistan Dövlət Gömrük Xidməti, Azərbaycan Dövlət Gömrük Komitəsi və Türkiyə Ticarət Nazirliyinin nümayəndələri onlayn görüş keçirib.

Görüş üç ölkənin hökumətləri arasında gömrük əməkdaşlığı üzrə Birgə Məşvərət Qrupunun yaradılmasına dair Anlaşma Memorandumunun həyata keçirilməsinə nəşr olunub. Tərəflər Birgə Məşvərət Qrupunun yaradılması barədə razılığa gəlib və qrupun ilk iclasının yerini və vaxtını müəyyən ediblər. Həmçinin üç ölkənin gömrük sərhədindən keçirilən mallar və nəqliyyat vasitələri haqqında qarşılıqlı məlumat mübadiləsi perspektivləri də nəzərdən keçirilib.

“Caspian News”: Xankəndi Şəhər Stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final görüşü keçiriləcək

“Caspian News” xəbər saytı yazır ki, Xankəndi Şəhər Stadionunda Azərbaycan Kubokunun 1/8 final görüşü keçiriləcək. Bununla əlaqədar Xankəndi şəhər stadionunda təmir-bərpa işləri davam edir. "Qarabağ"ın səfər planı artıq hazırlanıb. 1/8 final görüşləri dekabrın 19-21-i arasında keçiriləcək. Qeyd edilir ki, ağdamlıların rəqibi hələ ki, dəqiqləşməyib. İkinci təsnifat mərhələsində MOİK - "Cəbrayıl" görüşündən sonra "Qarabağ" ın rəqibi bəlli olacaq.

“Turkic World”: Bəzi Qərb dövlətləri Azərbaycanın Qarabağ ərazisi ətrafında destabillik yaratmağa çalışır

Bəzi Qərb ölkələri Qarabağ ətrafında sabitliyi pozmağa çalışır. Bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, həmin ölkələr regionda Rusiyaya qarşı açıq mübarizə aparır.

"Haradasa, yəqin ki, 3, 4, 5 il əvvəl də oxşar mübarizə diplomatik maskalarla aparılıb. İndi bu maskalar çoxdan atılıb və döyüş birbaşa, açıq üzlə aparılır. Həqiqətən də bir sıra dövlətlər hələ də Qarabağ ətrafında sabitliyi pozmağa çalışırlar. Yeri gəlmişkən, Azərbaycan rəsmən bəyan etdi ki, birtərəfli mövqe tutan ölkələr çətin ki, hansısa vasitəçilik roluna iddia edə bilsinlər. Və təbii ki, belə birtərəfli mövqe tutaraq nəyisə iddia etmək həm qeyri-mümkün, həm də yersizdir", - Peskov bildirib.

"Bizi oradan sıxışdırmağa çalışmaları faktı - bəli, biz bunu bilirik. Amma hələlik Rusiyadan başqa heç kim regionda sülhün və sabitliyin qarantı rolunu oynaya bilmir. Rusiya isə səylərini davam etdirir", - Kreml nümayəndəsi əlavə edib.

“Daryo.uz”: Ermənistanın iqtisadi maraqları revanşist ideologiyaya qurban verilir

Özbəkistan mediası Ermənistanın destruktiv mövqeyini işıqlandırıb. Qeyd edilib ki, Ermənistan xarici lobbiçiliyə sərmayə qoyarkən Azərbaycan əsl tərəfdaşlıq münasibətləri qurmağa çalışır. Son zamanlar Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, sammitlər, iqtisadi forumlar ölkənin qlobal statusunu artırır. Erməni lobbiçiləri isə ABŞ konqresmenlərini satın alaraq Azərbaycan üzərində beynəlxalq arenada qələbə qazandıqlarını hesab edirlər.

Bununla yanaşı, xəbərdə Macarıstanın xarici işlər naziri Peter Szijyartonun fikirlərinə də yer verilib. O bildirib ki, əvvəllər Azərbaycanla əlaqələrinə görə tənqid olunanlar indi xüsusilə qaz sahəsində əməkdaşlığa can atırlar. Azərbaycanın konstruktiv mövqeyinə nəzərən Avropa Birliyində və ABŞ-da ermənipərəst siyasətçilərin qərəzi sabitliyə kölgə salır.

“Samaa tv”: Azərbaycan Pakistan vətəndaşları üçün elektron viza xidmətinə başlayıb

"Samaa tv" xəbər saytı yazır ki, noyabr ayından Azərbaycan hökuməti müxtəlif ölkələrdən, o cümlədən Pakistandan olan vətəndaşlara elektron səfər vizalarının təqdim olunması üçün "istifadəçi dostu" onlayn xidmətini istifadəyə verib. Qeyd edilir ki, bu addım turist səfərlərini asanlaşdırmaq və mədəni əlaqələri gücləndirmək məqsədi daşıyır və pakistanlı turistlərin Azərbaycana əngəlsiz girişini təmin edir.

"Respublika".