AZƏRBAYCAN DÜNYA MEDİASINDA
Diaspora

AZƏRBAYCAN DÜNYA MEDİASINDA

"New Arab": Azərbaycan Qarabağda etnik təmizləmə iddialarını rədd edir

Ermənistanın baş naziri Nikol Paşinyan lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanı bir neçə dəfə etnik təmizləmədə ittiham edib. Bu barədə "New Arab" xəbər saytı məlumat yayımlayıb. Azərbaycan Qarabağda öz etnik erməni əhalisinə bildirib ki, onlar qalmaqda və ya getməkdə azaddırlar.  Yazıda Hikmət Hacıyevin nitqinə də yer verilib: "Biz etnik təmizləmə və ya soyqırımı ittihamlarını qəbul edə bilmərik. Etnik təmizləmə, kiminsə mülki şəxslərə qarşı güc tətbiq etdiyi bir zorakı hərəkətdir - bu, Ermənistanın 30 il əvvəl bizə qarşı istifadə etdiyi şeydir. Amma bu o demək deyil ki, biz eyni şeyi təkrar edəcəyik. Mülki əhaliyə qarşı heç bir zorakılıq və ya vəhşilik halı olmayıb. Bunu özləri də təsdiqləyirlər".

"The Nation": Pakistan ilə Azərbaycan möhkəm, davamlı şəhərsalma üçün əl-ələ verib

Pakistan və Azərbaycan regionun üzləşdiyi real vəziyyəti nəzərə alaraq iqlimə davamlı planlaşdırma üçün əl-ələ verir.

Bu barədə "The Nation" xəbər saytı məlumat yayıb. Pakistanın Planlaşdırmanın inkişafı və xüsusi təşəbbüslər naziri Məhəmməd Sami Səidlə Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev arasında keçirilən görüşdə iki ölkənin əl-ələ verdiyi bildirilib. Nazir həmkarı ilə görüşdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Azərbaycanın zərər çəkmiş ərazilərində aparılan müntəzəm və yenidənqurma işlərini yüksək qiymətləndirib. O, 2-ci Azərbaycan Milli Şəhərsalma forumunda real performansın qarşılıqlı şəkildə qəbul edildiyini və həll yollarının təklif edildiyini, beynəlxalq təcrübənin öyrənilməsinə və onlardan yararlanmağa böyük ehtiyac olduğunu bildirib.

"Anadolu Agentliyi": Azərbaycan Qarabağın erməni sakinləri üçün xidmətlərə başlayıb

Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin dayanıqlı reinteqrasiyasının təmin edilməsi və Azərbaycan dövlətinin himayəsindən istifadə etmələrinə imkan yaradılması məqsədilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli üzrə Dövlət Miqrasiya Xidmətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları fəaliyyətə başlayıblar.

"Anadolu Agentliyi" xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ilkin qeydiyyatına dair müraciətlərin yerində qəbul edilməsi və bununla əlaqədar maarifləndirmə tədbirlərinin təşkili, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları isə sakinlərin sosial-humanitar ehtiyaclarının müəyyənləşdirilməsi ilə bağlı fəaliyyət göstərirlər.

Reinteqrasiya prosesinə qoşulmaq məqsədilə ilkin qeydiyyat üçün müraciətlərin qəbulu Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən Xankəndi şəhərində yerləşən keçmiş "polis" binasında aparılır.

"Turkic world": Azərbaycanın kosmik mərkəzə çevrilməsi istiqamətində mühüm addımlar atılır

"Turkic world" xəbər saytı "Azərkosmos" ASC-nin sədr müavini Fuad Aslanovun IAF-ın 13-cü beynəlxalq toplantısında çıxışı barədə məlumat yayımlayıb. Məlumatda digər sahələrlə yanaşı, kənd təsərrüfatına da xüsusi diqqət yetirildiyi qeyd olunub: "Qlobal istiləşmə zamanı baş verən dəyişiklikləri də görürük. Yerin müşahidə peyklərindən istifadə etməklə davam edən prosesləri izləmək imkanımız var. "Azərkosmos" olaraq biz də təhsil sahəsinə üstünlük veririk. Bunun üçün biz ölkənin bir sıra təhsil müəssisələri ilə birbaşa işləyirik və bu işi davam etdirəcəyik. Azərbaycan enerji, biznes və bir çox digər sahələrdə regionun mərkəzinə çevrilib. Biz ölkəmizi kosmik mərkəzə çevirmək üçün hər cür səy göstərəcəyik", - deyə Fuad Aslanov bildirib.

"Euronews": Azərbaycan erməni separatçılarının keçmiş liderini beynəlxalq axtarışa verib

"Euronews" saytı Azərbaycan tərəfin Qarabağın keçmiş "lideri" Araik Arutyunyanın həbsi üçün onu beynəlxalq axtarışa verməsi barədə xəbər paylaşıb. Yazıda Vardanyanın ötən həftə Azərbaycanı tərk edən on minlərlə digər şəxslə birlikdə Ermənistana keçməyə cəhd edərkən həbs edilməsi qeyd edilib. Həmçinin Arutyunyanın 44 günlük müharibə zamanı Gəncəyə raket zərbələri atılması əmrini verməsi haqqında məlumat yer alıb.