DÜNYA XƏBƏRLƏRI
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRI

RUSİYA PREZİDENTİ VƏ ŞİMALİ KOREYA LİDERİ ARASINDA GÖRÜŞ KEÇIRILIB

Rusiya prezidenti Vladimir Putin sentyabrın 13-də ölkəsinə səfər edən Şimali Koreya lideri Kim Çen In ilə görüşüb. “TRT” telekanalının xəbərinə görə, dövlət başçıları arasında görüş Rusiyanın Amur bölgəsindəki “Vostoçnıy” kosmodromunda baş tutub.

Kosmodromda Vladimir Putin tərəfindən qarşılanan Kim Çen In gərgin iş qrafikinə baxmayaraq, onu Rusiyaya dəvət etdiyi üçün Putinə təşəkkür edib.

Rusiya prezidenti qeyd edib ki, onun Kim Çen In ilə görüşü önəmli vaxtda baş tutur. Putin Koreya Xalq Demokratik Respublikasının yaradılmasının 75-ci ildönümünə işarə edib.

Kim Çen In isə Şimali Koreya nümayəndə heyətinin ölkə ərazisinə gəldiyi ilk andan Rusiyanın qonaqpərvərliyini hiss etdiyini bildirib. Kim Çen In əlavə edib ki, hazırda KXDR-in əsas prioriteti Rusiya Federasiyası ilə münasibətlərdir.

Şimali Koreya lideri Vladimir Putinlə danışıqlarının ölkələr arasında münasibətlərin yeni səviyyəyə yüksəlməsinə kömək edəcəyinə əmin olduğunu bildirib. Kim Çen In ölkəsinin Rusiya dövlət başçısının bütün qərarlarını dəstəklədiyini də bəyan edib.

NİKOL PAŞİNYAN ROMA STATUTUNUN RATİFİKASİYA OLUNACAĞINI BİLDİRİB

“Roma Statutu tam şəkildə ratifikasiya olunacaq”. “Report” agentliyinin Ermənistan mediasına istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

Baş nazir hökumətin Roma Statutunu parlamentə göndərdiyini və müzakirələrdən sonra ratifikasiya olunacağını diqqətə çatdırıb.

“Bunun Ermənistan-Rusiya münasibətləri ilə heç bir əlaqəsi yoxdur, bu yalnız Ermənistanın təhlükəsizlik problemi ilə bağlıdır”, - deyə Paşinyan vurğulayıb.

Qeyd edilir ki, 2022-ci ilin sonunda Nazirlər Kabineti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statunun ratifikasiyası prosesinə başlayıb. 2023-cü ilin martında Ermənistan Konstitusiya Məhkəməsi Roma Statutunun ölkənin əsas qanununa uyğun olduğunu tanıyıb.

Sənəd ratifikasiya olunacağı təqdirdə Rusiya rəhbərliyinin Ermənistan ərazisinə daxil olarkən həbs ediləcəyi qeyd olunur.

POLŞA HÖKUMƏTİ UKRAYNA TAXILININ İDXALINA QADAĞA QOYUB

Polşa hökuməti sentyabrın 15-dən sonra Ukraynadan taxıl idxalını qadağan edən qətnamə qəbul edib. “Sputnik” informasiya agentliyinin xəbərinə görə, bu barədə respublikanın kənd təsərrüfatı və kəndlərin inkişafı naziri Robert Telyus bildirib.

Nazirin sözlərinə görə, sənəd Avropa Komissiyasının qərarından asılı olmayaraq qüvvəyə minəcək. Varşava, həmçinin, bu qətnaməni Avropa Komissiyasına göndərib. Polşada təşkilat rəhbərliyinin Ukrayna taxılının idxalına qadağa qoyulması barədə qərar qəbul edəcəyini gözləyirlər.

“Əgər o, qərar verməsə və bizim də sentyabrın 15-nə qədər hələ bir neçə günümüz varsa, o zaman biz dəqiq olaraq öz əmrimizi qüvvəyə mindirəcəyik ki, bu da Avropa İttifaqının Polşa-Ukrayna iqtisadi əlaqələr məsələsini həll edənə qədər Polşa ərazisinə dörd növ taxıl idxalını qadağan edəcək”, - deyə Robert Telyus bəyan edib.

Polşanın baş naziri Mateuş Moravetskinin bildirdiyinə görə, dövlət özünü Ukrayna taxılı ilə doldurmağa imkan verməyəcək. Onun sözlərinə görə, Brüssel rəsmilərinin qərarı Varşavanı sərhədlərini açmağa məcbur etməyəcək.

ESTONİYADAN RUSİYA AVTOMOBİLLƏRİ İLƏ BAĞLI QƏRAR

Estoniya sentyabrın 13-dən başlayaraq  Rusiya Federasiyasının dövlət nömrə nişanlı avtomobillərinin ölkəyə girişinə qadağa qoyub. “Trend” agentliyinin xəbərinə görə, müvafiq qərar Avropa Komissiyasının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara əlavə aydınlıq gətirilməsi barədə sentyabrın 8-də dərc etdiyi direktiv çərçivəsində qəbul olunub.

Məhdudiyyət bir gün əvvəl Rusiya nömrəli avtomobillərin ölkəyə girişini qadağan edən Latviya və Litva ilə razılaşdırılıb.

Bildirilir ki, Rusiya qeydiyyat nişanlı avtomobillər Estoniyanı xarici sərhəddən, yaxud daxili Aİ sərhədlərini keçməklə tərk edə bilər. Lakin həmin nəqliyyat vasitələri sərhəd-keçid məntəqəsinə daxil olarkən vergi və gömrük departamenti tərəfindən müvafiq prosedurlar həyata keçiriləcək. İstifadəçi, yaxud sahibi avtomobili ilə Rusiyaya qayıtmalı, ya da sərhədi avtomobilsiz keçməli olacaq.

FRENK KENDALL ABŞ-I ÇİNLƏ MÜHARİBƏYƏ HAZIRLAŞMAĞA ÇAĞIRIB

ABŞ-ın hərbi hava qüvvələri naziri Frenk Kendall Vaşinqtonu Çinlə mümkün hərbi toqquşmaya hazırlığı gücləndirməyə çağırıb. “The Hill” qəzetinin xəbərinə görə, nazir qeyd edib ki, ABŞ-ın hərbi potensialı Çinin Tayvana qarşı fəaliyyətini dayandırmağa kifayət etməsə, müharibə qaçılmaz olacaq.

Bununla yanaşı, Frenk Kendall iddia edir ki, Çin Sakit Okeanın qərbində Birləşmiş Ştatlarla mümkün silahlı münaqişəyə hazırlıq məqsədilə ordusunu gücləndirir.

Pekin aviadaşıyıcılara və aerodromlara zərbə endirmək, həmçinin kosmosda və kiber sahədə informasiya üstünlüyünü saxlamaq üçün iki yeni qoşun növü hazırlayıb.

Məlumat üçün qeyd edək ki, Çində vətəndaş müharibəsində məğlub olan Çan Kayşinin rəhbərlik etdiyi Qomindan ordusunun sığındığı Tayvan 1949-cu ildən bəri müstəqil administrasiya tərəfindən idarə olunur. O vaxtdan etibarən ada kommunist hakimiyyətindən öncəki Çin Respublikasının bayrağını və bəzi atributlarını qoruyur. Pekinin rəsmi mövqeyinə görə, Tayvan ÇXR-in əyalətlərindən biridir.

İRAN İRAQLA SƏRHƏDƏ QOŞUN TOPLAYIR

İran İraqla sərhədə hərbi texnika və qoşun toplayır. “Report” xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Qvardiyasına məxsus sosial şəbəkədə video paylaşılıb.

İraqın xarici işlər naziri Fəvad Hüseyn isə bildirib ki, İranda fəaliyyət göstərən silahlı birləşmələri Bağdad və Tehran arasında təhlükəsizlik razılaşması çərçivəsində iki ölkə arasındakı sərhədlərdən uzaq düşərgələrə köçürməyə başlayıblar.

Eyni zamanda, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian iki ölkə arasında təhlükəsizlik sazişinin tam şəkildə həyata keçiriləcəyini alqışlayıb. Onun sözlərinə görə, terror qruplaşmaları İraqın şimal bölgəsindən ölkənin içərilərinə doğru irəliləyiblər.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi sentyabrın 12-də İraqdakı terrorçu qruplaşmanın tərk-silah edilməsi üçün verilən möhlətin başa çatdığını və bu müddətin uzadılmayacağını bildirmişdi.

İraqın şimalındakı terrorçu qruplaşmalara İran sentyabrın 19-dək möhlət verib. Bu müddətin isə başa çatmasına az qalıb. Ehtimal edilir ki, təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədi ilə İran regiona əlavə qüvvə yeridir.

“G20” SAMMİTİNDƏ ŞÜBHƏLİ AVADANLIQ AŞKARLANIB

Hindistanda hotelin təhlükəsizlik xidməti ötən həftə “G20” sammitində iştirak edən Çin nümayəndələrində “şübhəli avadanlıq” aşkar edib. “Trend” agentliyinin xəbərinə görə, insident Çin nümayəndə heyətinin “G20” sammitində iştirak etmək üçün qaldığı “Taj Palace” hotelində baş verib.

Sammitin qonaqlarından biri hotelə “qeyri-adi ölçülərdə çanta” ilə gəlib. Təhlükəsizlik xidməti diplomatik protokola uyğun olaraq onu içəri buraxıb.

Daha sonra hotel işçisi nümayəndə heyətinin otağında iki çantanın içərisində şübhəli avadanlıq görüb. O, təhlükəsizlik xidmətini xəbərdar edib, təhlükəsizlik işçiləri isə öz növbəsində Çin rəsmilərindən çantaları skanerdən keçirilməsinə icazə vermələrini istəyiblər, lakin onlar bundan imtina ediblər.

“Təhlükəsizlik işçiləri təxminən 12 saat otağın qapısının ağzında dayanıblar, lakin Çin nümayəndələri yoxlama üçün çantalarını ver

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.