Qırğızıstanda Ermənistansız KTMT təlimləri başladı
Dünya xəbərləri

Qırğızıstanda Ermənistansız KTMT təlimləri başladı

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) “Toxunulmaz Qardaşlıq-2023” təlimləri çərçivəsində Rusiya, Qırğızıstan, Tacikistan və Belarusun sülhməramlı qoşunları təlimlərə başlayıb. 

"Respublika" "TRT" nəşrinə istinadəne xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qırğızıstan Silahlı Qüvvələrinin “Edelveys” təlim mərkəzinin hərbi təlim düşərgəsində təlimlər başlayıb.Təlimlərin ssenarisinə əsasən, hərbçilər şərti terrorçuların yerləşdiyi yaşayış məntəqəsini mühasirəyə almalıdırlar.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın oktyabrın 9-13-də Qırğızıstanda keçiriləcək KTMT-nin “Toxunulmaz Qardaşlıq” təlimlərində iştirakdan imtina etmişdi.

Tacir SADIQOV,

"Respublika"