Tayvan ada ətrafındakı Çin döyüş gəmilərindən narahatdır
Dünya xəbərləri

Tayvan ada ətrafındakı Çin döyüş gəmilərindən narahatdır

Tayvan ada ətrafındakı sularda rekord sayda Çin döyüş gəmisi olduğunu bildirir.

“Respublika” xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayımlayıb.

 Həftə sonu 24 saat ərzində Tayvan ətrafındakı sularda 16 Çin döyüş gəmisinin aşkar edildiyi verilən məlumatda qeyd edilib.

Analitiklərin fikrincə, bu addım Çinin hakim Kommunist Partiyası tərəfindən Taypey şəhərinə qarşı olan hədə-qorxu kampaniyasınının nəticəsidir.

Nurlan ABDALOV,

"Respublika".