İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Karateçimiz "Krakov-2023"  qızıl medal qazanıb

Azərbaycan karateçisi Tural Ağalarzadə III Avropa Oyunlarında 67 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İdmançı bildirib ki, qələbəni sözlə ifadə etmək mümkün deyil: "Məni dəstəkləyən hər kəsə, bizim üçün bu şəraiti yaradan ölkəmizin başçısına, eyni zamanda, məşqçilərimə, ailəmə sevdiklərimə təşəkkür edirəm. Finala qədər çətin döyüşlərim oldu. Həlledici görüşdə isə üçqat Avropa çempionu Dionisios Ksenosla üz-üzə gəldim. Taktiki gedişləri döyüşdən öncə hazırlamışdıq. Psixoloji fiziki cəhətdən çox hazır idim. Buradan ailəmə təşəkkür edirəm. Onları sevirəm".

Digər karateçimiz Əminağa Quliyev (60 kq) mübarizəni dayandırıb.

Qeyd edək ki, iyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparır. İdmançılar 29 növ üzrə 253 dəst medal uğrunda mübarizə aparırlar. AzərbaycanKrakov-2023” 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.

 

Çimərlik futbolu üzrə heyət açıqlanıb

Polşada təşkil olunan III Avropa Oyunlarında iştirak edəcək çimərlik futbolu üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. Komandanın tərkibində qapıçılar - Elçin Qasımov, Vaqif Şirinbəyov, oyunçular - Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, Fuad Hüseynov, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Amid Nəzərov, Hüseyn Axundov yer alıblar. Qeyd edək ki, Azərbaycan yığması ilk matçını iyunun 27- meydan sahiblərinə qarşı keçirəcək. Komandamız bir gün sonra Portuqaliya ilə, iyunun 29-da isə İspaniya ilə üz-üzə gələcək.

 

Güləşçimiz ikinci olub

Azərbaycanın yunan-Roma güləşçisi Murad Əhmədiyev Türkiyənin İstanbul şəhərində keçirilən Yaşar Doğu, Vehbi Əmrə Hamit Kaplanın xatirə turnirində medal qazanıb. 97 kiloqram çəkidə çıxış edən idmançımız yarışın ilk günündə xalça üzərinə çıxıb. Yalnız finalda uduzan güləşçi ikinci yeri tutub. Yarışın növbəti günündə millimizin daha 5 üzvü mübarizə aparacaq.

Nərgiz İSMAYILOVA,

"Respublika".