Zaporojye vilayətində humanitar yardımlar aparılan əraziyə hücum edilib
Dünya xəbərləri

Zaporojye vilayətində humanitar yardımlar aparılan əraziyə hücum edilib

Rusiya hərbçiləri Zaporojye vilayətinin Orexov şəhərində humanitar yardımların aparıldığı yerə hava bomba zərbəsi endirib. Nəticədə azı 4 nəfər həlak olub, 13 nəfər yaralanıb.

“Respublika” xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Rusiya silahlı qüvvələri cəbhə bölgəsində yerləşən Orexovoda müharibə cinayəti törədiblər - yaşayış məntəqəsinə humanitar yardım göndərərkən idarə olunan aviabomba ilə zərbələr endiriblər. Hücum nəticəsində üç qadın və bir kişi hadisə yerində ölüb”, - deyə məlumatda bildirilir.

Hazırda dağıntılar təmizlənir, ölən və xəsarət alanların sayının artacağı istisna edilmir.