Dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri Heydər Əliyev haqqında
Siyasət

Dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri Heydər Əliyev haqqında

ÜMUMMİLLİ LİDER —100

Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan sevilən lider idi. Türkiyə - Azərbaycan dostluğunu çox gözəl ifadə edən "Bir millət, iki dövlət" ifadəsi ona məxsusdur. Biz çalışmalıyıq ki, bu hikmətanə deyimin ifadə etdiyi amal bundan sonra da davam etsin.

Rəcəb Tayyib Ərdoğan,

Türkiyə Respublikasının prezidenti.

 

Heydər Əlirza oğlu Azərbaycan Respublikası üçün, MDB-nin inkişafı üçün, Qazaxıstan Azərbaycan xalqlarının çoxəsrlik dostluğunun möhkəmlənməsi üçün çox işlər görmüşdür.

Nursultan Nazarbayev,

Qazaxıstan Respublikasının sabiq prezidenti.

 

Demokratiya bazar iqtisadiyyatı yolu ilə gedən müstəqil dövlət kimi Azərbaycanın son illər möhkəmlənməsində, iqtisadi islahatların aparılmasında bu işdə böyük uğurlar əldə edilməsində Prezident Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirirəm. Prezident Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan müstəqillik yolunda qarşılaşdığı çətinliklərin dəf edilməsində böyük müvəffəqiyyətə nail olmuşdur. Birləşmiş Ştatlarda bu müvəffəqiyyətin davam etdirilməsini arzulayıram.

Bill Klinton,

Amerika Birləşmiş Ştatlarının sabiq prezidenti.

 

Cənab Prezident Heydər Əliyevlə biz dəfələrlə görüşüb söhbət etmişik. Heydər Əliyev kimi tanınmış siyasi xadimin təcrübəsi şəxsən mənim üçün böyük əhəmiyyətə malikdir.

Prezident Heydər Əliyev çox maraqlı simadır, onun dünyamiqyaslı liderlərdən biri olduğunu nəzərə alsaq, görərik ki, o, çox parlaq şəxsiyyətdirBizim ilk ünsiyyətimiz Lissabonda oldu, sonra başqa beynəlxalq tədbirlərdə görüşdük. Əgər bizim müxtəlif dünyalardan olduğumuzu nəzərə alsaq, deməliyəm ki, bu gün mən çox maraqlı təcrübə müşahidə etdim.

Emil Konstantinesku,

Rumıniya Respublikasının sabiq prezidenti.

 

Azərbaycan Prezidenti Heydər Əliyev açıq qətiyyətli mövqeyi olan bir dövlət xadimidir. O, Xəzərin enerji ehtiyatlarından istifadə sahəsində iki ölkənin işbirliyinə böyük əhəmiyyət verən, ABŞ ilə Azərbaycan arasında münasibətlərin səviyyəsinin yüksəldilməsinə səy göstərən tanınmış bir şəxsiyyətdir.

Madlen Olbrayt,

Amerika Birləşmiş Ştatlarının

sabiq dövlət katibi.

 

Hörmətli Heydər Əliyev dostumdur, qardaşımdır, Azərbaycan Respublikasının Prezidentidir. Onunla uzun zamandır ki, tanışıq. Ona böyük sevgim, hörmət ehtiramım vardır. Bunun kökündə onun insani xüsusiyyətləri, Azərbaycan millətinə, xalqına xidmətləri, Azərbaycan dövləti, müstəqilliyi naminə gördüyü işlər durur. Mənim tanıdığım Heydər Əliyev Azərbaycan vətənpərvəridir, bir o qədər türk vətənpərvəridir. O, böyük türk topluğunun keçmişini, gələcəyini çox yaxşı bilir. Yaxşı bilir ki, bu topluluğun içindəki hər müstəqil dövlət bir qardaşdır. Millət birdir, dövlətlər ayrı-ayrıdır. Türkiyə Azərbaycan xalqları qardaş millətdir, bir millətdir. Biz bu millətin iki dost qardaş dövlətləriyik.

Süleyman Dəmirəl,

Türkiyə Respublikasının

sabiq prezidenti.

 

Heydər Əliyev dünya qarşısında xidmətlərinə görə, beynəlxalq aləmdə tanınmış siyasət dövlət xadimi kimi, Gürcüstanın gürcü xalqının dostu kimi bizə əziz doğmadır. Qəzetlərimizin "polad iradəli Əliyev" yazdığı kimi, o, həqiqətən polad iradəyə malik nadir şəxsiyyətdir. Məhz onun cəsarəti sayəsində Azərbaycan güclü, müstəqil, firavan bir ölkəyə çevrilməkdədir. Heydər Əliyev siyasət meydanına Azərbaycanın ağır, mürəkkəb vaxtında yenidən gəlmişdir, bir çox çətinliklərə sinə gərərək Azərbaycanı böhranlı vəziyyətdən xilas etmişdir.        

Eduard Şevardnadze,

Gürcüstan Respublikasının

sabiq prezidenti.

 

Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün keçmiş ittifaq miqyasında tanınmış şəxsiyyət idi. O, çox inanılmış, ağıllı, dəqiq, bacarıqlı rəhbər, əsl siyasətçi idi. Heydər Əliyevin miqyası Azərbaycanın hüdudlarından kənara çıxmışdı. Açıq deyim, Azərbaycanın bəxti gətirmişdir ki, dövlətin başında Avropa dünya miqyasında tanınan bir siyasətçi dururdu. O, bir tərəfdən beynəlmiləlçi, digər tərəfdən isə, öz yurdunun vətənpərvəri idi. Heydər Əliyev həm Rusiyanın dostu idi.

Vladimir Putin,

Rusiya Federasiyasının Prezidenti.

 

Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Bu günlərdə Amerika Birləşmiş Ştatları Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır. Məhz onun rəhbərliyi altında Amerika Birləşmiş Ştatları Azərbaycan, Əfqanıstan İraqdakı əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı mübarizədə tərəfdaş olmuşlar.

Corc Buş,

 Amerika Birləşmiş Ştatlarının sabiq prezidenti.

 

Heydər Əliyevin Azərbaycanın inkişafında ölkələrimiz arasında əlaqələrin gücləndirilməsində əvəzsiz xidmətləri olmuşdur. 1998-ci ilin iyul ayında Birləşmiş Krallığa səfəri zamanı onunla olan görüşümüzü çox yaxşı xatırlayıram.

Kraliça II Elizabet.

 

Böyük Britaniya Azərbaycan Respublikası ilə, Prezident Heydər Əliyevlə əlaqələrin daha da sıxlaşdırılmasına xüsusi əhəmiyyət verir. Biz Azərbaycanı Prezident Heydər Əliyevi özümüzün strateji müttəfiqimiz hesab edirik. Son beş ildə Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu sahəsində Prezident Heydər Əliyevin müdrik rəhbərliyi ilə görülən işlər Britaniya hökuməti tərəfindən diqqətlə izlənilir alqışlanır.

Toni Bleyer,

Böyük Britaniyanın sabiq Baş naziri.

 

Heydər Əliyevin simasında Azərbaycan Respublikası uzun illər ərzində ölkənin bütün həyatına dərindən nüfuz etmiş Azərbaycanın tarixində əbədi yer tutmuşdur. Böyük dövlət xadiminin adı ölkənin müstəqilliyinin bərqərar olmasında qazandığı tarixi nailiyyətlərlə daim bağlı olacaqdır.

Gerhard Şröder,

Almaniya Federativ Respublikasının

sabiq federal kansleri.