Kuba Respublikasının Prezidenti Zati-aliləri cənab Migel Dias-Kanel Bermudesə
Məktublar

Kuba Respublikasının Prezidenti Zati-aliləri cənab Migel Dias-Kanel Bermudesə

Hörmətli cənab Prezident,

Kuba Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Xoş ənənələrə əsaslanan Azərbaycan-Kuba əlaqələri bu gün uğurla inkişaf etməkdədir. İnanıram ki, ölkələrimiz arasındakı dostluq münasibətlərinin daha da inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əməkdaşlığımızın genişlənməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Kuba xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 20 aprel 2023-cü il