“VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti – İdarə Heyətinin sədri Andrey Kostindən
Məktublar

“VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti – İdarə Heyətinin sədri Andrey Kostindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə “VTB Bank”ın İdarə Heyəti və kollektivi adından səmimi təbriklərimizi qəbul edin.

Uzun illər boyu ölkənizə sədaqətlə xidmət etməyiniz Sizə Azərbaycan xalqının etimadını və vətəndaşların geniş dəstəyini qazandırıb.

Azərbaycan Respublikası iyirmi ilə yaxındır ki, Sizin rəhbərliyinizlə iqtisadi və sosial sahədə sanballı nəticələr qazanır, beynəlxalq arenada nüfuzunu ardıcıl olaraq möhkəmləndirir, müasir dövrün mürəkkəb çağırışları şəraitində milli inkişaf potensialını dinamik şəkildə reallaşdırır.

Ölkələrimizin qarşılıqlı sabit müttəfiqlik fəaliyyətinin daha da möhkəmlənməsi üçün şəxsən Sizin göstərdiyiniz böyük səyləri, ortaq tariximizi, insanlar, o cümlədən sahibkarlıq cəmiyyətləri arasında yaranmış mehriban qonşuluq və dostluq əlaqələrini qoruyub saxlamağı zəruri hesab etməyinizi Rusiyada yüksək qiymətləndirirlər.

Fürsətdən istifadə edib “VTB Bank”ın Azərbaycandakı təşəbbüslərinə və layihələrinə diqqətinizə görə Sizə təşəkkür edirəm. Bu bankın ehtiyac duyulan maliyyə vasitələri və xidmətləri ilə zənginləşməsinə bundan sonra da kömək göstərilməsini vacib və perspektivli hesab edirik.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Azərbaycanın inkişafı ilə bağlı planlarınızın uğurla həyata keçməsini, Sizə və yaxınlarınıza tükənməz qüvvə, sağlamlıq, əmin-amanlıq diləyirik.

Dərin hörmətlə, 

Andrey Kostin

“VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti – İdarə Heyətinin sədri