Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib
Digər xəbərlər

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Dünən Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların müraciətlərini dinləyib.

Komitədən verilən məlumata görə, görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üçün genişmiqyaslı tədbirlər həyata keçirildiyi diqqətə çatdırılıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da müharibədən əziyyət çəkən insanlara, o cümlədən məcburi köçkünlərə xüsusi diqqət qayğı göstərdiyi qeyd olunub.

Komitə sədrinin fərdi qaydada qəbul etdiyi məcburi köçkünlər tezliklə doğma yurda qayıdacaqlarına əmin olduqlarını bildiriblər. Qəbulda iştirak edən vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad edilmiş ərazilərə qayıdış digər məsələlərlə əlaqədar olub.

Ülvi QARAYEV,

Respublika”.