GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11- Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

ÇİÇƏK AĞBULUT

1991-ci ildə Təbrizdə Prof. Dr. Əli Daşqının ailəsində dünyaya gəlib. İlk orta təhsili kimi, ali təhsilini doğma şəhərində dil ədəbiyyat üzrə bitirib. Bundan əlavə, dövlətlərararası Türk dili ədəbiyyatı Araşdırmaları Mərkəzinin magistridir.

Kiçik yaşlarından uşaq ədəbiyyatı, şeir folklorla maraqlanıb, türkcə şeir yazılar yazmağa başlayıb. 10 yaşlarından "Ağbulut " təxəllüsünü seçib. "Mutluluq yolcusu" adlı ilk kiçik şeir kitabı Bakı Təbriz şəhərlərində işıq üzü görüb. Şeir yazıları Təbriz, Urmu, Bakı Türkiyənin müxtəlif dərgi qəzetlərində yayımlanıb.

Son dövrlərdə "Baxış zənciri" "Qarlı bahar" adlı kitablarını oxuculara təqdim edib. Hazırda Təbrizdə yaşayır, "Kültürəl Araşdırmalar Birliyi" "Daşqın Kab"ın fəal üzvlərindən biridir. Orada dil ədəbiyyat müəllimi kimi çalışır.

 

Azərbaycan

Tanış gəlir bu toprağın daşı mənə,

Mən adına ulu VƏTƏN deyəcəyəm!

Əyri gəlir bu gözlərin qaşı mənə,

Ya düzəldib, ya daha çox əyəcəyəm!..

 

Uzaq düşüb bulutları dağlarından,

Susuz qalıb, ələ baxır dərələri!

Daş dil açıb, deyir əski çağlarından,

Dağda yetim qalıb kəklik fərələri!..

 

Suyu üzə güzgü durur bu çayların,

Nərgiz ölür bulaqların dodağında!

Düşmənidir kar qulaqlar bu hayların,

Bülbül ölüb iyidlərin budağında!..

 

Tanış dedim, candır bəlkə yaşayıram,

Nəfəsimdən çıxan duman Vətənindir!

Mən qıymaram əti dırnaqdan ayıram,

Azərbaycan həm mənim, həm sənindir!..

 

ELÇİN HƏSƏNZADƏ

1990- ildə Maku şəhərində anadan olub. 14 yaşında oxuduğu "Heydərbabaya salam" poeması ilə türk ədəbiyyatına maraq göstərib. 2008-ci ildən şeir yazmağa başlayıb son illərdə modern, özəlliklə sərbəst şeir yazmaqla yaradıcılığa davam edir. Bədii tərcüməyə maraq göstərir. Nazim Hikmətin bioqrafiyasını Pirayəyə yazdığı məktubları farscaya Azərbaycan türkcəsinə çevirib. Təbrizdə yüksək lisans kursunda MBA öyrəncisidir.

Bir olay var, ölüm

hər gecə qonaq gələr

 şəhərimizə,

bu havalar əsən formasız bir yel tək

bizi bizdən alıb yenə

başqa bir şəhərə yolunu tutar.

Bəzən atasız bir körpə cəsədi

söykənər zibil qablarına,

bəzən abajorlar altında

intihar məktubu

titrək əllərlə yazılar.

Gecələr yataqda

toxunanmayan tənlərə toxunan fikir,

öksüz uşaqların ac qarınları,

işçi ataların tox kədərləri.

Ölüm ayaqdır bəzən damdan atılar,

bir cüt gözdür qaldırımlarda

vitrinlərə baxa-baxa sovuşar,

əldir ölüm bəzən kəndir toxuyar,

bədəndir odlayar öz varlığını.

Bir olay var, ölüm

hər gecə qonaq gələr şəhərimizə,

bu havalar əsən formasız bir yel tək

bizi bizdən alıb yenə

başqa bir şəhərə yolunu tutar.

Təqdim etdi:

Esmira FUAD,

filologiya elmləri doktoru.