Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 64 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 64 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 64 yoluxma faktı qeydə alınıb, 60 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan iki nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 824 min 943 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyənləşdirilib, onlardan 814 min 584 nəfər müalicə olunaraq sağalıb, 9 min 989 nəfər vəfat edib. Aktiv xəstə sayı 370 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 779, indiyədək isə ümumilikdə 7 milyon 398 min 46 test icra olunub.     

 

Dekabrın 13-də Azərbaycanda COVID-19 əleyhinə 284 doza vaksin vurulub

Dekabrın 13-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 284 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 116, ikinci doza vaksinlərin sayı 49, üç və daha çox doza vaksinlərin sayı 103, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 16-dır.

Azərbaycanda indiyədək vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 926 min 238, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 394 min 71, ikinci mərhələ üzrə 4 milyon 874 min 766, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 393 min 155, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 264 min 246-dır.