Qanvermə aksiyası
Region

Qanvermə aksiyası

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində talassemiya xəstəliyindən əziyyət çəkən xəstə uşaqlara kömək göstərmək dövlətimizin uğurlu siyasətinin əsas istiqamətlərindəndir.

Sabirabad Rayon İcra Hakimiyyəti, TƏBİB və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə Sabirabad rayonunda qanvermə aksiyası keçirildi.

Sabirabad rayonunda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri və gənclər aksiyada könüllü olaraq iştirak etdilər. Aksiya zamanı yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün istifadə olunacaq.

Tofiq HÜSEYN,

"Respublika".