KOTIROVKA
Reklam və elanlar

KOTIROVKA

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC tabeliyində olan İstehsalat Xidmətləri İdarəsinin Xaçmaz rayonu İstisu qəsəbəsində yerləşən "Dənizçi" İM-nin ərazisində piyada yollarına asfalt-beton örtüyünün vurulması xidmətinin satınalınması məqsədilə

AÇIQ MÜSABİQƏ ELAN EDİR

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə  bilərlər. Müraciət üçün son müddət 2022-ci il  18  noyabr saat 17.00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki  tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan: AZ1003, Bakı şəhəri Bakı şəhəri, Mikayıl Useynov küçəsi 2.

Əlaqə  telefonu: (012) 404-37-00, daxili: 1177.


"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC tabeliyində olan Xəzər Dəniz Neft Donanmasının Pirallahı sahəsi üçün tələb olunan dizel generatorunun satınalınması məqsədilə

AÇIQ MÜSABİQƏ ELAN EDİR

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə  bilərlər. Müraciət üçün son müddət 2022-ci il noyabr 23-ü saat 17.00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan: AZ1003, Bakı şəhəri, Mikayıl Useynov küçəsi 2.

Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1177


Azərbaycan Respublikası Ali Məhkəməsi cari təmir işlərinin satınalınmasına

(E-KOTİROVKA) dəvət edir

Kotirovkada iştirak haqqı: 100 manat

İddiaçılar kotirovka sorğusunda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə, cari tarixə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına borcunun olmaması, son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmamasına dair arayış. Sənədin (elandan sonrakı tarixə) orijinalı skan edilməli və pdf formatında yerləşdirilməlidir;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (Sənədin orijinalı skan edilməli və pdf formatında yerləşdirilməlidir);

- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank arayışı Sənədin (elandan sonrakı tarixə) orijinalı skan edilməli və pdf formatında yerləşdirilməlidir;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin surəti, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri. Sənədin elandan sonrakı tarixə notarial qaydada təsdiqinin skan edilmiş surəti pdf formatında yerləşdirilməlidir (natariusun möhür və imzası olan səhifə də skan edilərək əlavə edilməlidir);

- İddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması və məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış (yüklülük barədə arayış). Sənədin (elandan sonrakı tarixə) orijinalı skan edilməli və pdf formatında yerləşdirilməlidir;

- İddiaçının satınalma proseduruna başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış (Məhkumluq haqqında arayış). Sənədin (elandan sonrakı tarixə) orijinalı skan edilməli və pdf formatında yerləşdirilməlidir;

- İddiaçının mikro, kiçik və orta sahibkarlıq subyektinə aid edilməsi barədə müvafiq dövlət statistika orqanından arayış (Sənədin orijinalı skan edilməli və pdf formatında yerləşdirilməlidir;

- Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması (Ən az 2 ədəd müqavilə və təhvil-təslim aktları təqdim edilməlidir) (Sənədin orijinalı skan edilməli və pdf formatında yerləşdirilməlidir).

İddiaçılar kotirovka sorğusunda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri və təklifi 22.11.2022-ci il saat 20:00-a qədər təqdim etməlidirlər.

Zərflərin açılış tarixi və vaxtı: 23.11.2022-ci il saat 09.00-da

QEYD: Kotirovka sorğusunda iştirak, qiymətləndirilmə və digər bütün prosedurlar yalnız elektron qaydada Dövlət Satınalmaları Vahid İnternet PORTALI vasitəsilə aparılır.