Vaxtilə Şuşa və Ağdam Cümə məscidlərində verilmiş azanın audioyazısı səyyar səsyayıcı stansiyalar vasitəsilə həmin şəhərlərdə səsləndirilib
Sosial həyat

Vaxtilə Şuşa və Ağdam Cümə məscidlərində verilmiş azanın audioyazısı səyyar səsyayıcı stansiyalar vasitəsilə həmin şəhərlərdə səsləndirilib

Vaxtilə Şuşa və Ağdam Cümə məscidlərində verilmiş azanın audioyazısı fevralın 26-da səyyar səsyayıcı stansiyalar vasitəsilə Şuşadan Xankəndi, Ağdamdan isə Xocalı və Əsgəran istiqamətlərində səsləndirilib.

AZƏRTAC xəbər verir ki, zöhr namazı vaxtı verilən azan əsr namazı vaxtı da səsləndiriləcək.

Qeyd edək ki, bu azanı işğaldan bir qədər əvvəl Şuşa Musiqi Texnikumunun müəllimi Hafiz Sədrzadə oxuyub və lentə alınıb. Hafiz Sədrzadə Ağdamda yaşayıb, işğaldan sonra məcburi köçkün kimi Pirşağı qəsəbəsində məskunlaşıb. Hafiz Sədrzadənin atası uzun illər Ağdam Cümə məscidinin axundu olub, böyük dini alim kimi tanınıb. O, bu azanı "Zəminxarə" muğamı üstündə oxuyub.

İşğaldan əvvəl Qarabağda səsləndirilən azanın audioyazısının Xocalı faciəsinin otuzuncu ildönümü günündə əzəli torpaqlarımızda səsləndirilməsi böyük rəmzi məna daşıyır.

AZƏRTAC