Türkiyədə beynəlxalq konfrans
Türk dünyası

Türkiyədə beynəlxalq konfrans

AR Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının nümayəndə heyəti Bursa Uludağ Universitetinin Fəlsəfə Bölümü və AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin birgə təşkilatçılığı ilə Bursa şəhərində keçirilən beynəlxalq konfransda iştirak edib.

Nazirliyin mətbuat xidmətindən bildirilir ki, Yüksək Texnologiyalar parkının müdiri Bünyamin Seyidov Türkiyə Cümhuriyyətinin yaradılmasının 100 illiyinə və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən konfransda “Dövlətlər və liderlər: 100-cü ildən baxış” adlı məruzə ilə çıxış edib.

Şöbə müdiri məruzəsində Ümummilli Lider Heydər Əliyevin timsalında  liderlik xüsusiyyətləri, eləcə də ötən 100 ildə Türkiyə Cümhuriyyətinin dövlətçilik ənənələri və son dövr Azərbaycan-Türkiyə munasibətlərinin inkişaf istiqamətlərindən bəhs edib. Bünyamin Seyidov, həmçinin beynəlxalq konfransın üçüncü bölümünə moderatorluq edib.

Görüşdə ULUTEK Texnoparkı ilə Elm və Təhsil Nazirlliyinin Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlıq imkanları müzakirə edilib, müştərək proqramların hazırlanması, rezidentlər arasında iş birliyinin qurulması, həmçinin ULUTEK Texnoparkında Azərbaycandan olan layihələrin icrasına dair fikir mübadiləsi aparılıb.

Əli SADIQOV,

“Respublika”.