Zəngəzur dəhlizi açılmadan Türkiyə ilə Ermənistan arasında normallaşma ola bilməz
Türk dünyası

Zəngəzur dəhlizi açılmadan Türkiyə ilə Ermənistan arasında normallaşma ola bilməz

Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri, iki dövlət başçısının regionla bağlı qarşıya qoyulan planların həyata keçirilməsində iradə nümayiş etdirmələri, birgə mətbuat konfransındakı açıqlamaları, Ərdoğanın görüş zamanı Türkiyənin istənilən zaman Şuşada Baş Konsulluq açmağa hazır olduğunu bildirməsi çox ciddi mesajlar verməsi revanşist qüvvələri təkrar hərəkətə keçirib. Onlar yenidən vəziyyəti gərginləşdirməklə istəyirlər ki, Azərbaycan hansısa ciddi bir addım atsın bundan istifadə edərək bütün dünyaya bəyan etsinlər ki, burada vəziyyət gərgindir. Belə olan halda isə sülh müqaviləsindən, Zəngəzur dəhlizindən, digər proseslərdən söz gedə bilər. Onlar həmişə bu cür davranıblar davranmağa da davam edirlər.

Belə ki, son bir neçə gündür Azərbaycan-Ermənistan şərti sərhədində vəziyyət yenidən gərginləşib. 12 iyun tarixindən başlayan bu gərginlik fonunda Ermənistan silahlı birləşmələri müxtəlif istiqamətlərdə atəşkəsi pozaraq ordumuzun mövqelərini atəşə tutublar. 12 iyun - Kəlbəcər, 13 iyun - Şuşa, 14 iyun - Naxçıvan, 15 iyun - Füzuli Zəngilan istiqamətindəki mövqelərimizin atəşə tutulması heç təsadüfi deyil. 12 iyun tarixində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər etməsi, iyunun 13- isə Prezident İlham Əliyevlə geniş tərkibdə görüş keçirməsi, Ermənistan onun havadarlarını xeyli narahat edib.

Təbii ki, İrəvanın vəziyyəti gərginləşdirmək, Azərbaycan Türkiyəni qətiyyətli mövqeyindən döndərmək cəhdi heç bir perspektivi olmayan boş bir addımdır. Bu fikri açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz bildirib: "Ermənistanın sonuncu təxribatı Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçildikdən sonra ilk xarici ölkə səfərini Azərbaycana etməsi, onların səfərdən qədər narahat olduğunu göstərən bir reaksiya idi. Şərti sərhəddəki gərginliyin digər bir səbəbi isə 15 iyun tarixində Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümünün tamam olmasıyla bağlıdır.

Ermənistandakı separatçı qüvvələrə, əli qanlı terrorçulara göstəriş verən xarici dövlətlər var. Ermənistan bu cür sifarişlərə reaksiya verərək atəşkəsin sülh sazişi ilə əvəz olunmasını əngəlləmək istəyir.

Şuşada Türkiyə konsulluğunun açılması Ermənistan başda olmaqla, İrana Fransaya verilən bir mesajdır. Artıq bundan sonra bu bölgədə sülh, sabitlik, əmin-amanlıq olmalıdır. Bunun üçün Şuşa Bəyannaməsində qeyd olunduğu kimi, Zəngəzur dəhlizi dərhal açılmalıdır. Buna istər Ermənistan, istərsə onun havadarları qarşı çıxsa belə, Zəngəzur dəhlizi açılmadan Azərbaycan ilə Ermənistan arasında sülh sazişi, eləcə Türkiyə ilə Ermənistan münasibətlərinin normallaşması ola bilməz. Ermənistan bu cür təxribatçı hərəkətləri ilə Azərbaycana heç edə bilməz, amma özü çox şey itirə bilər. Ermənistan tərəfi ağıllı öz milli maraqlarına uyğun şəkildə davranmağı öyrənməlidir.

General vurğulayıb ki, ermənilərin bacardığı "ən gözəl" təxribat törətmək ara qarışdırmaqdan ibarətdir. Onun sözlərinə görə, Ermənistan bu təhlükəli missiyasını israrla həyata keçirməkdədir: "Ermənistana müstəqil bir dövlət kimi yanaşmaq lazım deyil. İrəvanın arxasında güvəndiyi ''böyük qardaşları'' var. Ermənistan bütün addımlarını himayədarlarının onlara verdiyi təlimat tapşırıq əsasında atır. Məqsəd bölgədə gərginlik yaratmaqla Azərbaycanı nəyəsə təhrik etmək rəsmi Bakını "günahkar" çıxarmaqdır. Azərbaycanı dünya ictimaiyyətinə "sülh danışıqlarından qaçan" tərəf kimi göstərməyə çalışırlar. Paşinyan hökumətinin səhər-axşam fərqli fikirlər bəyan etməsi, rəsmilərin ziddiyyətli açıqlamaları bununla bağlıdır. Moskvada bir cür davranır, Brüsseldə, Vaşinqtonda ayrı cür hərəkət edirlər. Bu, ermənilərin klassik variantıdır. Bir yandan Paşinyan Qarabağ Azərbaycan ərazisidir deyir, Türkiyə Azərbaycanla əməkdaşlıqdan danışır. Digər tərəfdən isə əsassız iddialarla Bakı ittiham olunur. Yaxud da sərhəddə, o cümlədən Qarabağda təxribatlar törədilir".

Y.Karauz vurğulayıb ki, Azərbaycan Ordusu erməni tərəfindən atılan hər bir gülləyə misliylə qarşılıq vermək iqtidarındadır: "Rəsmi Bakı bütün sülh platformalarında da öz maraqlarını qətiyyətlə müdafiə etməkdə, haqlı mübarizəsini davam etdirməkdədir. Bu siyasət həm hərb meydanında, həm diplomatik sferada uğurla həyata keçirilməkdədir. İnanıram ki, 2023- ildə ermənilərin son çırpınışlarına şahidlik edəcəyik".

Onu da qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan növbəti dəfə prezident seçildikdən sonra ilk xarici səfərini Azərbaycana etməklə həm regional, həm qlobal proseslərlə, həm konkret Qarabağla bağlı mühüm açıqlamaları ilə dünyaya ismarışlarını çatdırmış oldu. Bunlardan ən mühümü Ərdoğanın "Türkiyənin Şuşada Baş Konsulluğunu istənilən zaman açmağa hazırıq" söyləməsi oldu: "Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəltdiyimiz əlaqələrimizi bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq. Şuşadakı Baş Konsulluğumuzu istədiyiniz vaxt açmağa hazırıq. Əgər Türkiyənin Şuşada Baş Konsulluğu açılarsa, əlbəttə, bu, Ermənistan başda olmaqla, bütün dünyaya bir mesaj olacaq.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.